Eden Agro MMCEden Agro MMC

Satış üzrə kiçik mütəxəssis

Опубликовано 3 нед. назад Источник: azvak.az ↗
Продажи
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
4 iyul 2026

О должности

Vəzifə öhdəlikləri:

  • Satış strategiyasının hazırlanmasında iştirak etməli, rəhbərə təkliflər verməlidir;

  • Müştərilərə müəssisənin istehsal etdiyi məhsullar, məhsulların keyfiyyəti və xüsusiyyətləri haqqında məlumatları verilməlidir;

  • Müştərilərdən daxil olan sifarişlərə nəzarət etməli, məhsullar müştərilərə təhvil verilənə qədər mütəmadi əlaqə saxlamalıdır;

  • Məhsulların təchizat müddətlərinin əməl edilməsinə nəzarət etməli, təchizatda yubanma yaranarsa, birbaşa rəhbərini məlumatlandırmalıdır;

  • Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaları hesabat şəklində rəhbərliyə çatdırmalıdır;

  • Potensial müştərilər haqqında məlumatlar toplamalı və rəhbərliyə təqdim etməlidir;

  • Daim yeni müştərilər axtarmalı və cəlb etməlidir;

  • Zavodun istehsal etdiyi əsas məhsulların (qlükoza, fruktoza, nişasta) və yan məhsulların (kəpək, özək, qarğıdalı qırıntısı, qlüten) satışını həyata keçirməlidir;

  • Sağlam müştəri münasibətlərini korporativ standartlara və biznes etikasına uyğun formada qurmalıdır;

  • Müştərilərin cəlbi istiqamətində görüşlər təşkil etməli və təkliflər hazırlamalıdır;

  • Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etməlidir;

  • Bazarda olan rəqibləri mütəmadi araşdırmalıdır;

  • İşgüzar tədbirlərdə şirkəti təmsil etməlidir;

  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etməli, analiz aparmalı və çatışmazlıqları müəyyən edərək Kommersiya və Satış şöbəsinin müdirinə təkliflərini bildirməlidir;

  • Müştərilərin borclarına daimi nəzarət etməli və borcların əvvəlcədən təyin olunmuş vadə müddətinə uyğun yığılması ilə məşğul olmalıdır;

Vəzifə tələbləri:

  • Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə);

  • Satış və ya logistika üzrə minimum 1-2 il iş təcrübəsi;

  • Təchizat zəncirinin idarə olunması sahəsində praktiki bilik;

  • Anbar uçotu və inventar nəzarəti

  • Müqavilələrin hazırlanması və icrası, qiymət formalaşdırma prinsipləri

  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;

  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;

  • Azərbaycan / Rus dili səlis, İngilis yaxşı;

  • 1C / ERP, MS Office (xüsusilə güclü Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Əlavə məlumat:

  • Struktur: Kommersiya, Satış və Marketinq departamenti

  • Bilavasitə tabe olduğu şəxs: Kommersiya departamentinin rəhbəri

  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Satış üzrə kiçik mütəxəssis) qeyd edərək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.       

Eden Agro MMC
Eden Agro MMC

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC…

Похожие вакансии

Смотреть все