Satış üzrə Kiçik Mütəxəssis
About this role
Vəzifə öhdəlikləri:
Potensial korporativ müştərilərin araşdırılması və əlaqələrin qurulması;
Korporativ müştərilərlə görüşlərin təşkilində və keçirilməsində iştirak;
Satış danışıqlarının və müqavilələrin hazırlanması prosesinə dəstək göstərilməsi;
Şirkət məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim olunması;
Mövcud müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi;
Müştərilərin şirkətin yenilikləri və kampaniyaları barədə məlumatlandırılması;
Satış fəaliyyəti üzrə həftəlik və aylıq hesabatların hazırlanması;
Satış sənədlərinin və digər kargüzarlıq işlərinin icrası;
İşgüzar tədbirlərdə və təqdimatlarda şirkətin təmsil olunmasında iştirak.
Tələblər:
Müvafiq sahə üzrə ali təhsil: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır.
Korporativ satışlar üzrə minimum 1 il təcrübə, İT avadanlıq və xidmətlər sahəsində təcrübəyə üstünlük verilir.
Mövcud müştəri bazası olan namizədlərə üstünlük verilir
Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – işgüzar səviyyədə, İngilis dili – arzuolunandır;
Kompüter bacarıqları: MS Office (Excel, Word və Outlook proqramlarında yüksək səviyyədə istifadə), 1C
Mükəmməl şifahi-yazılı ünsiyyət və inandırma bacarıqları
Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı
Müstəqil işləmə bacarığı
Vaxtın səmərəli idarəolunması bacarığı
Öz üzərində işləyən, inkişafa meyilli olmaq
Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
Satışın və bazarın analizini aparmaq bacarığı;
İş şəraiti
İş yeri: Bakı şəhəri.
İş rejimi: 5/7
İş vaxtı: 09:00-18:00.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə Kiçik Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.