Qafqaz NET LLCQafqaz NET LLC

Satış üzrə Kiçik Mütəxəssis

4 gün əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
24 iyul 2026

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Potensial korporativ müştərilərin araşdırılması və əlaqələrin qurulması; 

  • Korporativ müştərilərlə görüşlərin təşkilində və keçirilməsində iştirak; 

  • Satış danışıqlarının və müqavilələrin hazırlanması prosesinə dəstək göstərilməsi; 

  • Şirkət məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim olunması; 

  • Mövcud müştərilərlə münasibətlərin qorunması və inkişaf etdirilməsi; 

  • Müştərilərin şirkətin yenilikləri və kampaniyaları barədə məlumatlandırılması; 

  • Satış fəaliyyəti üzrə həftəlik və aylıq hesabatların hazırlanması; 

  • Satış sənədlərinin və digər kargüzarlıq işlərinin icrası; 

  • İşgüzar tədbirlərdə və təqdimatlarda şirkətin təmsil olunmasında iştirak.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır.

  • Korporativ satışlar üzrə minimum 1 il təcrübə, İT avadanlıq və xidmətlər sahəsində təcrübəyə üstünlük verilir.

  • Mövcud müştəri bazası olan namizədlərə üstünlük verilir

  • Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – işgüzar səviyyədə, İngilis  dili – arzuolunandır;

  • Kompüter  bacarıqları: MS Office (Excel, Word və Outlook proqramlarında yüksək səviyyədə istifadə), 1C

  • Mükəmməl şifahi-yazılı ünsiyyət və inandırma bacarıqları

  • Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı

  • Müstəqil işləmə bacarığı

  • Vaxtın səmərəli idarəolunması bacarığı

  • Öz üzərində işləyən, inkişafa meyilli olmaq

  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;

  • Satışın və bazarın analizini aparmaq bacarığı;

İş şəraiti

  • İş yeri: Bakı şəhəri.

  • İş rejimi: 5/7

  • İş vaxtı: 09:00-18:00.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə Kiçik Mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qafqaz NET LLC
Qafqaz NET LLC

Oxşar vakansiyalar

Hamısına bax