Q
Monthly salary
Salary negotiable
- Category
- Customer Service
About this role
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 5 günlük
- İş saatları: 09:00-18:00
Vəzifə öhdəlikləri:
- Mövcud və potensial müştəriləri müəyyən etmək, bazar araşdırmaları aparmaq və yeni satış imkanlarını aşkar etmək;
- Potensial müştərilərlə əlaqələr qurmaq, görüşlər keçirmək və şirkətin məhsullarını təqdim etmək;
- Tekstil məhsulları üzrə texniki xüsusiyyətləri müştərilərə izah etmək;
- Müştərilərdən daxil olan sorğuları qəbul etmək, təhlil etmək və operativ cavablandırmaq;
- Müştərilərin tələblərini öyrənmək və onlara uyğun məhsul və xidmət təklifləri hazırlamaq
- Müqavilələrin hazırlanmasında iştirak etmək, şərtlərin razılaşdırılmasını təmin etmək və icra prosesini izləmək
- Satış sifarişlərini qəbul etmək, qeydiyyata almaq və aidiyyəti struktur bölmələrə yönləndirmək
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasını və inkişaf etdirilməsini təmin etmək
- Müştəri məmnuniyyətini izləmək, daxil olan şikayət və təklifləri araşdırmaq və həlli üçün tədbirlər görmək
- Satış göstəricilərini təhlil etmək və satış həcmlərinin artırılması üzrə təkliflər hazırlamaq
- Bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini və qiymət siyasətini mütəmadi olaraq təhlil etmək
- Satış fəaliyyətləri üzrə gündəlik, həftəlik, aylıq və illik hesabatlar hazırlamaq
- Sərgi, təqdimat, işgüzar görüş və digər satış yönümlü tədbirlərdə şirkəti təmsil etmək
- Satış planlarının hazırlanmasında iştirak etmək və təsdiq edilmiş planların icrasını təmin etmək.
Tələblər:
- Ali təhsil;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi (tekstil sahəsində təcrübəyə üstünlük verilir);
- Satış və müştəri münasibətlərinin idarə edilməsi bacarıqları;
- Bazar araşdırması və satış təhlili bacarıqları
- Azərbaycan dilini sərbəst bilmək, rus və ya ingilis dili bilikləri üstünlükdür;
- MS Office proqramlarında işləmək bacarığı;
- “B” kateqoriyalı sürücülük vəsiqəsi;
- Bakı şəhəri və şəhər ətrafı əraziləri yaxşı tanımaq;
Şəxsi keyfiyyətlər:
- Güclü ünsiyyət bacarığı
- Təqdimat və danışıqlar aparmaq bacarığı
- Müştəri yönümlü düşüncə
- Komandada işləmə bacarığı
- Məsuliyyətlilik
- Nəticəyönümlülük
Təklif edirik:
- Rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi;
- Peşəkar inkişaf və təlim imkanları;
- Karyera yüksəlişi perspektivi;
- Peşəkar və dinamik iş mühiti.
- Korporativ nömrə;
- Könüllü tibbi sığorta;
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və mövzu hissəsində "Satış üzrə mütəxəssis" qeyd edə bilərlər.
Biz satışa həvəsli, müştəri yönümlü və nəticə əldə etməyi sevən peşəkarları komandamıza dəvət edirik.