E EcopressEcopress

Satış üzrə operator (B2B)

Posted 21 h ago Source
Customer Service
Monthly salary
₼750+
Application deadline
8 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Əsas öhdəliklər və vəzifələr:

  • 1C proqramında satışların, sifarişlərin və müvafiq əməliyyatların dəqiq şəkildə qeydiyyatının aparılması;
  • Şirkətə daxil olan zənglərin qəbul edilməsi, müştərilərin sifarişlərinin qeydə alınması və suallarının cavablandırılması;
  • Debitor borcu (gecikmiş ödənişləri) olan müştərilərlə telefon vasitəsilə mütəmadi əlaqə saxlanılması, borcların izlənilməsi və geri qaytarılmasının təmin edilməsi;
  • Ofis daxili ilkin sənədləşmə işlərinin icra olunması;
  • Lazımi sənədlərin (hesab-faktura, qaimə və s.) çap edilməsi, skan olunması, qovluqlara yığılması və arxivləşdirilməsi.

Namizədə dair tələblər:

  • Cins: Yalnız xanım namizədlər;
  • 1C proqramında sərbəst işləmək bacarığı və bu sahədə iş təcrübəsi;
  • Səlis nitq, xoş səs tonu və telefonda peşəkar ünsiyyət (mədəniyyət) qurmaq qabiliyyəti;
  • Problemli və borclu müştərilərlə danışıqlar aparmaq bacarığı, stressə davamlılıq;
  • Ofis texnikası (printer, skaner və s.) ilə işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik, punktuallıq və verilən tapşırıqları vaxtında icra etmək.

İş şəraiti:

  • Rəsmiyyət: Azərbaycan Respublikasının Əmək məcəlləsinə tam uyğun olaraq rəsmi əmək müqaviləsi bağlanılır;
  • Əməkhaqqı: 750 AZN (Net)
  • İş qrafiki: Həftədə 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş saatları: 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və Bazar günləri;

Tələblərə cavab verən namizədlərdən şəkilli CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satış üzrə operator (B2B)” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Similar jobs

See all