ASAqromarket Servis MMC

Sənədləşmə üzrə mütəxəssis

Bakı Posted 4 h ago Source
Full-time
Monthly salary
Salary negotiable
Application deadline
18 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Sənəd Dövriyyəsi üzrə mütəxəssis (Document Controller)

Öhdəliklər:

  • Layihələr ilə əlaqədar hüquqi və rəsmi sənədlərin uyğun formada qəbulu, saxlanılması, yenilənməsi və paylaşılmasını təşkil etmək;
  • Layihə daxilində müəyyən edilmiş sənəd formatlarına və sənədlərin mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
  • Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
  • Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi və müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
  • Sənədlərin nömrələnməsi və identifikasiyası – texniki sənədlər müvafiq kodlaşdırılma sistemi ilə uyğun nömrələmək;
  • Sənəd mübadiləsinin layihə daxili sənədlərə nəzarət proseduruna uyğun aparmaq;
  • Vaxtı keçmiş sənədlər haqqında komanda üzvlərini məlumatlandırmaq;
  • Tanışlıq/Təhvil-Təslim iclaslarını təşkil etmək və həmin iclaslarda iştirak edib qeydləri aparmaq;
  • Podratçı və icraçı şirkətlərlə sənədləşmə işlərinin koordinasiyasını, onların lazımi sənəd və sənəd nümunələri ilə təmin edilməsini təşkil etmək;
  • Texniki sənədlərə nəzarətə dair icraçı şirkətlərə təlimlərin keçirilməsini təşkil etmək;
  • Təsdiq olunmuş müqavilələrin uyğunluğunun yoxlanılması və qeydiyyata salınması;
  • Layihənin təhvil-təslim zamanı sənədləşdirmənin düzgün aparılmasını təşkil etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər

Namizədə tələblər:

  • Ali təhsil;
  • Sənədlərə nəzarət üzrə iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili (Кus dili biliyi arzuolunandır)
  • Kompüter bacarıqları: MS Office
  • Yüksək səviyyədə işgüzar yazışma bacarığı;
  • Komandada işləmək və ünsiyyət bacarığı.

İş barədə məlumat:

  • İş yeri: Bakı, Saray Qəsəbəsi
  • İş vaxtı : 1 -6 ci günlər 09:00 dan - 18:00- a dək
  • Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun müsahibə əsasında müəyyən ediləcək.

 

Daha çox Müxtəlif vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

AS
Aqromarket Servis MMC

Similar jobs

See all