PRE
PASHA Real Estate Group

Senior Investment Analyst

Bakı Posted 4 h ago Source: glorri.az ↗
Monthly salary
Salary negotiable
Apply
Work mode
Full-time
Category
Legal

About this role

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Yeni investisiyaların, satınalmaların və daşınmaz əmlak satışlarının təhlili və həyata keçirilməsinə İnvestisiyalar üzrə Menecerə dəstək göstərmək.
  • Maliyyə və texniki məlumatlar, həmçinin alternativ maliyyələşdirmə mexanizmləri əsasında çoxsəviyyəli təhlil və qiymətləndirmə araşdırmaları hazırlamaq.
  • Potensial yeni M&A və investisiya layihələrinin ideyadan bağlanışa qədər iqtisadi-texniki təhlil (due diligence) və anderraytinq proseslərinə dəstək olmaq.
  • Komitələr və yüksək rəhbərlik üçün investisiya hesabatları hazırlamaq və müvafiq iclaslarda iştirak etmək.
  • Tikinti və digər əlaqəli tapşırıqlar üzrə işçi qruplarında iştirak etmək və əməkdaşlıq etmək.
  • Satış üçün nəzərdə tutulan yaşayış layihəsi üzrə maliyyə modelləri hazırlamaq və davamlı olaraq yeniləmək.
  • Korporativ qərar qəbuletmə və funksional tələbləri dəstəkləmək üçün mənfəət və zərər (P&L), pul axını hesabatları və layihə göstəricilərinin yenilənməsi də daxil olmaqla dəqiq və vaxtında maliyyə təhlilləri və hesabatları hazırlamaq və təqdim etmək.
  • Satış qiymətləri, gəlir və xərclərin maliyyə təhlilini aparmaq və əmlakın dəyərini artırma yolları barədə təkliflər vermək.
  • İnvestisiyalar üzrə hüquqi sənədlərin hazırlanmasına baxış keçirmək və dəstək göstərmək.
  • Bazar tədqiqatı və rəqabət təhlili aparmaq, trendləri müəyyənləşdirmək, portfeli qiymət, mənzil bölgüsü, infrastruktur və digər parametrlər baxımından bazarla müqayisə etmək və qiymətqoyma, satış, marketinq və digər fəaliyyətlərin uyğunlaşdırılması üzrə təkliflər vermək.
  • Mütəxəssislərin işini nəzərdən keçirmək və onların departament vəzifələrinin yerinə yetirilməsində öhdəliklərini nəzarətdə saxlamaq. Vəzifə öhdəliklərini İnvestisiyalar üzrə Menecer ilə koordinasiya etmək.
  • Daxili departamentlərə zəruri məlumat dəstəyi göstərmək və müvafiq layihələri onlarla koordinasiya etmək.
  • Daxili və xarici maraqlı tərəflərlə güclü münasibətlər qurmaq və onları qorumaq.
  • İşlərin nəzarətli və ardıcıl şəkildə həyata keçirilməsini təmin etmək üçün bütün aidiyyəti funksional siyasətləri, prosesləri, standart əməliyyat prosedurlarına riayət etmək.
  • İşin əhatəsinə birbaşa aid olan görüş və səfərlərdə iştirak etmək və hesabatlar və təkliflər hazırlamaq.
  • Şirkətin dəyərlərinə, siyasətlərinə, proseslərinə və korporativ idarəetmə standartlarına riayət etmək, dürüstlük və şəffaflığa görə məsuliyyət daşımaq. Hər hansı hadisə, insident və ya təhlükəli vəziyyətlər barədə dərhal birbaşa rəhbərə məlumat vermək.
  • Şirkətin əməliyyat risklərinin idarə edilməsi siyasətinə riayət etmək. İş proseslərində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirmək və onların aradan qaldırılması üçün zəruri addımlar atmaq.
  • Şirkət tərəfindən müəyyən edilən və əməkdaşla razılaşdırılan illik məqsədlərə nail olmaq.
  • Korporativ strategiya və rəhbərliyin göstərişlərinə uyğun olaraq vəzifələri icra etmək, eyni zamanda müstəqil qərarvermə və təşəbbüskarlıq nümayiş etdirmək.

Tələblər

  • Aparıcı təhsil müəssisələrindən birində maliyyə, mühasibat uçotu və ya biznesin idarə edilməsi ixtisası üzrə minimum bakalavr dərəcəsi.
  • İnvestisiya (M&A, sövdələşmələr və s.), konsaltinq və ya maliyyə modelləşdirilməsi sahəsində minimum 2 il birbaşa və oxşar iş təcrübəsi.
  • Azərbaycan və ingilis dillərində sərbəst işgüzar ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür.
  • Korporativ maliyyə və maliyyə modelləşdirilməsi üzrə güclü bilik və bacarıqlar.
  • Portfelin fəaliyyət göstəricilərini qiymətləndirmək bacarığı ilə yanaşı, yüksək səviyyədə analitik və kəmiyyət təhlili bacarıqları.
  • Excel, Word və PowerPoint proqramlarından qabaqcıl səviyyədə istifadə bacarığı.
  • Güclü liderlik, problem həll etmə və rəhbərliklə, eləcə də maraqlı tərəflərlə effektiv ünsiyyət bacarıqları.
  • Özünümotivasiya, nəticəyönümlülük və müstəqil işləmək bacarığı.
  • Qlobal və yerli daşınmaz əmlak investisiyaları bazarındakı tendensiyalar üzrə biliklər

Similar jobs

: