A AzerGoldAzerGold

SƏTƏM üzrə mütəxəssis / Qeyri-filiz yataqlarının istismarı idarəsi (SƏTƏM)

Bakı Posted 3 h ago Source
Full-time 3–5 years HR
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vakansiyanın təsviri

SƏTƏM siyasət və prosedurlarının tətbiqi:

  • Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək.
Audit və təftiş:
  • Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.
Uyğunsuzluqların idarəolunması:
  • Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.
Təlim və təlimatlandırma:
  • Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək.
Hadisələrin araşdırılması:
  • Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək.
Monitorinq və hesabatlılıq:
  • SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək.
Fövqəladə hallara hazırlıq:
  • Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
Kommunikasiya və məlumatlandırma:
  • İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək.
Risklərin müəyyən edilməsi:
  • İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək.
Podratçılara nəzarətdə iştirak:
  • Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması.
  • Nəqliyyat və mobil avadanlıqların təhlükəsizliyinə nəzarət: Karxanadaxili hərəkət edən yük avtomobilləri, ekskavatorlar, yükləyicilər və digər mobil texnikaların təhlükəsiz istismarına nəzarət etmək.

Xüsusi tələblər

  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
  • Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış arzuolunandır;
  • SƏTƏM idarəetmə proqram və alətlərindən istifadə bacarığı arzuolunandır.
  • Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Əməyin Sağlamlığı və Təhlükəsizliyi, Ətraf Mühitin İdarə Edilməsi, Mühəndislik )
  • Minimum 3 illik müvafiq SƏTƏM təcrübəsi

Müraciət üçün (CV): https://careers.azergold.az/vakansiya/setem-uzre-mutexessis-qeyri-filiz-yataqlarinin-istismari-idaresi-setem

Similar jobs

See all
Apply