SƏTƏM üzrə mütəxəssis / Qeyri-filiz yataqlarının istismarı idarəsi (SƏTƏM)
Режим работы Полная занятость Опыт 3–5 лет Категория HR
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
SƏTƏM siyasət və prosedurlarının tətbiqi:
- Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək.
- Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.
- Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.
- Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək.
- Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək.
- SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək.
- Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
- İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək.
- İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək.
- Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması.
- Nəqliyyat və mobil avadanlıqların təhlükəsizliyinə nəzarət: Karxanadaxili hərəkət edən yük avtomobilləri, ekskavatorlar, yükləyicilər və digər mobil texnikaların təhlükəsiz istismarına nəzarət etmək.
Xüsusi tələblər
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
- Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış arzuolunandır;
- SƏTƏM idarəetmə proqram və alətlərindən istifadə bacarığı arzuolunandır.
- Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Əməyin Sağlamlığı və Təhlükəsizliyi, Ətraf Mühitin İdarə Edilməsi, Mühəndislik )
- Minimum 3 illik müvafiq SƏTƏM təcrübəsi
A 
AzerGold