Strateji layihələr departamentinin təhlilçisi
Work mode Full-time Experience 3–5 years Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- HPBS-lər üzrə dövlətin payına düşən gəlirlərin satışından əldə olunan gəlirlərin və satış xərclərinin yoxlanılması və daxili sistemlərdə işlənilməsi;
- Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) və Strateji Layihələr üzrə layihə və maliyyə hesabatlarının və modellərinin təhlil edilməsi, iqtisadi göstəricilərin yoxlanılması, modellər üzrə daxili hesabatların hazırlanması, yeni modellərin yaradılması;
- HPBS-lər üzrə dövlətin payının satışından əldə olunan gəlirlərin və satış xərclərinin yoxlanılması və daxili sistemlərdə işlənilməsi;
- HPBS-lər üzrə dövlətin payının gəlirlər və hasilat olaraq müxtəlif sənədlər əsasında mütəmadi olaraq müəyyən edilməsi, təhlil və üzləşdirilmənin həyata keçirilməsi, müvafiq arayışların hazırlanması;
- Strateji enerji layihələri üzrə hasilatın, xərclərin və digər parametrlərin analitik təhlilinin aparılması;
- Strateji enerji layihələri üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda daxili paylaşılmasının təmin edilməsi;
- Strateji enerji layihələri üzrə xalis ixrac dəyərlərinin təhlili və təsdiq üçün təqdim olunması;
- Strateji enerji layihələri üzrə vahid proqnozlaşdırma sistemi üzrə proseslərin icra edilməsi və digər departamentlərlə inteqrasiya edilməsi;
- Strateji enerji layihələri üzrə maliyyə hesabatlarının (IFRS) peşəkar təhlili və rəylərin hazırlanması;
- Bonus və Akrhesabı ödənişlərinin qeydiyyatının aparılması, formalaşması üzrə analizin aparılması və standart analitik arayışların hazırlanması;
- Hasilatın proqnoz və faktiki icrası üzrə qeydiyyat və analizin aparılması;
- Nəql kəmərləri ilə nəql olunan neftin miqdarı və tarif ödənişi haqqında məlumatın daxili sistemlərdə işlənilməsi;
- HPBS-lər üzrə hasil olunan həcmlər barədə məlumatın daxili sistemlərə işlənilməsi, analitik təhlillərin aparılması və hasilat üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda fonddaxili paylaşılması;
- Dövlətin payına düşən karbohidrogenlərin satış partiyaları üzrə çıxılan xərclərinin müvafiq müqavilə şərtləri ilə təhlil edilməsi və daxili sistemlərdə işlənilməsi;
- HPBS üzrə sərmayəçilər qarşısında mənfəət vergisinin dövlətə ödənilməsi öhdəliyinin icra edilməsi prosedurunun həyata keçirilməsi;
- Platts üzərindən, dövlətin mənfəət neftinin satış qiymətinin formalaşmasının müvafiq qaydada yoxlanılması;
- HPBS-lər üzrə illik iş proqramının və büdcənin və onun icrasının analizinin aparılması və daxili sistemlərdə işlənilməsi;
- Layihələr üzrə illik büdcələrin təhlil edilməsi və qərar üçün analizin nəticələrinin təqdim edilməsi
- ERP sisteminə məlumatların daxil edilməsi;
- HPBS və Strateji Layihələr üzrə Müşahidə Şuraları və Ümumi yığıncaqlarda təsdiq üçün təqdim edilmiş sənədlərin təhlili və qərar üçün analizin nəticələrinin təqdim edilməsi;
- Strateji layihələr üzrə gəlirlərin geri qaytarılmasının müəyyən edilmiş mexanizminə uyğunluğunun təhlil edilməsi.
Xüsusi tələblər
- Uğurlu namizədlər güclü analitik düşüncə və bazar/sektor araşdırma bacarıqlarına, maliyyə modelləşdirməsi üzrə təcrübəyə malik olmalıdırlar. Azərbaycan və ingilis dillərində səlis bilik tələb olunur.
- Təhsil səviyyəsi::Bakalavr
- İxtisas:İqtisadiyyat, Maliyyə, Mühasibatlıq üzrə ali təhsil
- Müvafiq sahə üzrə təcrübə::4-6
- İngilis dili bilik səviyyəsi:Yüksək səviyyə
- MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə bilik
Azərbaycan Respublikası Dövlət Neft Fondu