Azərbaycan Respublikası Dövlət Neft FonduAzərbaycan Respublikası Dövlət Neft Fondu

Strateji layihələr departamentinin təhlilçisi

Bakı Опубликовано 4 ч. назад Источник
Полная занятость 3–5 лет Финансы
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

  • HPBS-lər üzrə dövlətin payına düşən gəlirlərin satışından əldə olunan gəlirlərin və satış xərclərinin yoxlanılması və daxili sistemlərdə işlənilməsi;
  • Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) və Strateji Layihələr üzrə layihə və maliyyə hesabatlarının və modellərinin təhlil edilməsi, iqtisadi göstəricilərin yoxlanılması, modellər üzrə daxili hesabatların hazırlanması, yeni modellərin yaradılması;
  • HPBS-lər üzrə dövlətin payının satışından əldə olunan gəlirlərin və satış xərclərinin yoxlanılması və daxili sistemlərdə işlənilməsi;
  • HPBS-lər üzrə dövlətin payının gəlirlər və hasilat olaraq müxtəlif sənədlər əsasında mütəmadi olaraq müəyyən edilməsi, təhlil və üzləşdirilmənin həyata keçirilməsi, müvafiq arayışların hazırlanması;
  • Strateji enerji layihələri üzrə hasilatın, xərclərin və digər parametrlərin analitik təhlilinin aparılması;
  • Strateji enerji layihələri üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda daxili paylaşılmasının təmin edilməsi;
  • Strateji enerji layihələri üzrə xalis ixrac dəyərlərinin təhlili və təsdiq üçün təqdim olunması;
  • Strateji enerji layihələri üzrə vahid proqnozlaşdırma sistemi üzrə proseslərin icra edilməsi və digər departamentlərlə inteqrasiya edilməsi;
  • Strateji enerji layihələri üzrə maliyyə hesabatlarının (IFRS) peşəkar təhlili və rəylərin hazırlanması;
  • Bonus və Akrhesabı ödənişlərinin qeydiyyatının aparılması, formalaşması üzrə analizin aparılması və standart analitik arayışların hazırlanması;
  • Hasilatın proqnoz və faktiki icrası üzrə qeydiyyat və analizin aparılması;
  • Nəql kəmərləri ilə nəql olunan neftin miqdarı və tarif ödənişi haqqında məlumatın daxili sistemlərdə işlənilməsi;
  • HPBS-lər üzrə hasil olunan həcmlər barədə məlumatın daxili sistemlərə işlənilməsi, analitik təhlillərin aparılması və hasilat üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda fonddaxili paylaşılması;
  • Dövlətin payına düşən karbohidrogenlərin satış partiyaları üzrə çıxılan xərclərinin müvafiq müqavilə şərtləri ilə təhlil edilməsi və daxili sistemlərdə işlənilməsi;
  • HPBS üzrə sərmayəçilər qarşısında mənfəət vergisinin dövlətə ödənilməsi öhdəliyinin icra edilməsi prosedurunun həyata keçirilməsi;
  • Platts üzərindən, dövlətin mənfəət neftinin satış qiymətinin formalaşmasının müvafiq qaydada yoxlanılması;
  • HPBS-lər üzrə illik iş proqramının və büdcənin və onun icrasının analizinin aparılması və daxili sistemlərdə işlənilməsi;
  • Layihələr üzrə illik büdcələrin təhlil edilməsi və qərar üçün analizin nəticələrinin təqdim edilməsi
  • ERP sisteminə məlumatların daxil edilməsi;
  • HPBS və Strateji Layihələr üzrə Müşahidə Şuraları və Ümumi yığıncaqlarda təsdiq üçün təqdim edilmiş sənədlərin təhlili və qərar üçün analizin nəticələrinin təqdim edilməsi;
  • Strateji layihələr üzrə gəlirlərin geri qaytarılmasının müəyyən edilmiş mexanizminə uyğunluğunun təhlil edilməsi.

Xüsusi tələblər

  • Uğurlu namizədlər güclü analitik düşüncə və bazar/sektor araşdırma bacarıqlarına, maliyyə modelləşdirməsi üzrə təcrübəyə malik olmalıdırlar. Azərbaycan və ingilis dillərində səlis bilik tələb olunur.
  • Təhsil səviyyəsi::Bakalavr
  • İxtisas:İqtisadiyyat, Maliyyə, Mühasibatlıq üzrə ali təhsil
  • Müvafiq sahə üzrə təcrübə::4-6
  • İngilis dili bilik səviyyəsi:Yüksək səviyyə
  • MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə bilik

Müraciət üçün (CV): https://careers.oilfund.az/dashboards/apply-vacancy-wt-form/140
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Azərbaycan Respublikası Dövlət Neft Fondu

Похожие вакансии

Смотреть все
Откликнуться