Su maşını sürücüsü
Posted 22 h ago Source ↗
Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- Su maşınını təhlükəsiz və peşəkar şəkildə idarə etmək, nəqliyyat vasitəsinin texniki sazlığını və daşınan suyun təhlükəsiz daşınmasını təmin etmək;
- Tikinti sahələrində tozun və qumun havaya qalxmasının qarşısını almaq məqsədilə ərazilərin mütəmadi sulanmasını həyata keçirmək;
- Hərəkət zamanı, xüsusilə su ilə dolu çənlə manevr edərkən, təhlükəsiz sürət həddini və ara məsafəsini qorumaq;
- Nəqliyyat vasitəsini yalnız təhlükəsiz yerlərdə saxlamaq, avtomobili tərk edərkən bütün təhlükəsizlik tədbirlərinə riayət etmək;
- Su çəninin (sisternin), nasosun, paylayıcı şlanqların və digər xüsusi avadanlıqların texniki vəziyyətinə mütəmadi nəzarət etmək;
- Su doldurma və boşaltma proseslərində təhlükəsizlik qaydalarına əməl etmək, suyun sızmasının və israfının qarşısını almaq;
- Avtomobilin texniki vəziyyətini gündəlik yoxlamaq və istismar təlimatına uyğun zəruri tədbirləri həyata keçirmək;
- Nəqliyyat vasitəsinin mühərrik hissəsinin, salonunun və su sistemlərinin təmizliyini və saz vəziyyətini təmin etmək;
- Sağlamlıq vəziyyəti və iş qabiliyyətinə təsir göstərə biləcək hallar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
Namizədə tələblər:
- C kateqoriyalı etibarlı sürücülük vəsiqəsi
- Su maşını və ya yük avtomobili idarəetmə sahəsində iş təcrübəsi;
- Yol hərəkəti qaydalarını və təhlükəsizlik normalarını yaxşı bilmək;
- Texniki nasazlıqları ilkin səviyyədə müəyyən etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
İş şəraiti:
- İş yeri: Lökbatan qəs., Xacəsən yolu, 57 (Lökbatan dairəsinin yanı);
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Su maşını sürücüsü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya 077 499 11 12 bilərlər.
CC 
Capital Construction MMC
Tikinti