CC Capital Construction MMCCapital Construction MMC

Su maşını sürücüsü

22 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
₼800+
Son müraciət tarixi
20 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Su maşınını təhlükəsiz və peşəkar şəkildə idarə etmək, nəqliyyat vasitəsinin texniki sazlığını və daşınan suyun təhlükəsiz daşınmasını təmin etmək;
  • Tikinti sahələrində tozun və qumun havaya qalxmasının qarşısını almaq məqsədilə ərazilərin mütəmadi sulanmasını həyata keçirmək;
  • Hərəkət zamanı, xüsusilə su ilə dolu çənlə manevr edərkən, təhlükəsiz sürət həddini və ara məsafəsini qorumaq;
  • Nəqliyyat vasitəsini yalnız təhlükəsiz yerlərdə saxlamaq, avtomobili tərk edərkən bütün təhlükəsizlik tədbirlərinə riayət etmək;
  • Su çəninin (sisternin), nasosun, paylayıcı şlanqların və digər xüsusi avadanlıqların texniki vəziyyətinə mütəmadi nəzarət etmək;
  • Su doldurma və boşaltma proseslərində təhlükəsizlik qaydalarına əməl etmək, suyun sızmasının və israfının qarşısını almaq;
  • Avtomobilin texniki vəziyyətini gündəlik yoxlamaq və istismar təlimatına uyğun zəruri tədbirləri həyata keçirmək;
  • Nəqliyyat vasitəsinin mühərrik hissəsinin, salonunun və su sistemlərinin təmizliyini və saz vəziyyətini təmin etmək;
  • Sağlamlıq vəziyyəti və iş qabiliyyətinə təsir göstərə biləcək hallar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;

Namizədə tələblər:

  • C kateqoriyalı etibarlı sürücülük vəsiqəsi
  • Su maşını və ya yük avtomobili idarəetmə sahəsində iş təcrübəsi;
  • Yol hərəkəti qaydalarını və təhlükəsizlik normalarını yaxşı bilmək;
  • Texniki nasazlıqları ilkin səviyyədə müəyyən etmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;

İş şəraiti: 

  • İş yeri: Lökbatan qəs., Xacəsən yolu, 57 (Lökbatan dairəsinin yanı);
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Su maşını sürücüsü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya 077 499 11 12 bilərlər.  

CC Capital Construction MMC
Capital Construction MMC
Tikinti

Oxşar vakansiyalar

Hamısına bax