D DecolivDecoliv

Tədarük zənciri üzrə mütəxəssis

Posted 1 d ago Source
Logistics
Monthly salary
Salary negotiable
Application deadline
20 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Böyüyən Decoliv komandamıza Tədarük zənciri üzrə mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Keçmiş satış datasına əsasən gələcək tələbatı proqnozlaşdırmaq və bu əsasda sifariş həcmini təyin etmək;
  • Hər bir SKU (məhsul vahidi) üçün mağaza və anbarda saxlanılmalı olan kritik hədləri (safety stock) təyin etmək və yeniləmək;
  • Məhsulları satış dövriyyəsinə görə qruplaşdıraraq, ən çox gəlir gətirən (A qrupu) məhsulların stokda bitməsinə yol verməmək;
  • ERP sistemində (Logo Tiger və s.) təchizatçılar üzrə gündəlik, həftəlik və ya aylıq sifariş sənədlərinin formalaşdırmaq;
  • Sifarişlərin vaxtında qəbul edilməsini təmin etmək və malın çatdırılma müddətini (Lead Time) izləmək;
  • Məhsulların mərkəzi anbardan mağazalara daxili transferlərini (replenishment) planlaşdırmaq;
  • Rəfdə olmayan məhsulların səbəblərini araşdırmaq və operativ sifarişlə boşluğu doldurmaq;
  • Satılmayan və ya ləng gedən məhsulların stokda yığılıb qalmasının qarşısını almaq, lazımdırsa, marketinq şöbəsinə endirim və ya aksiya təklif etmək;
  • Təchizatçının sifarişi nə dərəcədə tam və vaxtında (Fill Rate) gətirdiyini analiz etmək;
  • Stokun neçə günə satıldığını və kapitalın nə qədər səmərəli dövr etdiyini rəhbərliyə hesabat vermək;
  • Sifariş xətaları nəticəsində yaranan maliyyə itkilərinin minimuma endirmək.

Namizədə tələblər: 

  • Ali təhsil
  • Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür
  • MS Excel biliyi (VLOOKUP, Pivot Tables, mürəkkəb formulalar)
  • Riyazi biliklər (Faiz hesablamaları, orta satış sürəti və marja hesablamalarını anlamaq)

Təklif edirik:

  • Nahar və servis ilə təminat;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük tam iş qrafiki;
  • Korporativ mobil nömrə.

Vakansiya ilə bağlı müraciət etmək üçün mövzu hissəsinə “Tədarük zənciri üzrə kiçik mütəxəssis” qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

D Decoliv
Decoliv
Topdansatış və pərakəndə ticarət

Decoliv – müştərilərə zövqlü interyer və dekorativ əşyalar , mətbəx və ev aksesuarları , həmçinin sezon və hədiyyəlik məhsullar təqdim edən yerli retail konseptidir. Şirkət Veysəloğlu Şirkətlər Qrupu…

Similar jobs

See all
Apply