MB Minor Business GroupMinor Business Group

Satınalma üzrə mütəxəssis

Posted 1 d ago Source
Logistics
Monthly salary
Salary negotiable
Application deadline
13 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Satınalma sahəsində 1-3 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus dili əla, ingilis dili yaxşı səviyyədə olmalı;
  • Yüksək səviyyədə MS Office və 1C proqram biliyi.

Vəzifə öhdəlikləri:

  • Satınalma sifarişlərinin qəbulu və icra edilməsi;
  • Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılması;
  • Satınalması tələb olunan məhsulun bazarda ən münasib qiymətə və keyfiyyətdə əldə olunmasının təmin edilməsi;
  • Tender və ya qiymətinin müəyyən olunması üçün qiymət sorğularının keçirilməsi;
  • Tədarükçünün seçilməsi və qiymətləndirilməsi üçün müqayisə cədvəllərinin (Bids Summary) hazırlanması və təqdim edilməsi;
  • Tədarükçülərlə müqavilələrin bağlanılması və şərtlərinin müəyyən edilməsində iştirak;
  • Müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icrasına nəzarət edilməsi;
  • Satınalma uçotunun aparılması üçün 1C proqramında tələb olunan əməliyyatların icra edilməsi;
  • Malların tədarükçüdən təhvil alınması və ofis/anbara təhvil verilməsi;
  • Bölmə daxili müvafiq hesabatların hazırlanaraq rəhbərə təqdim edilməsi və vaxtı-vaxtında yenilənməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • Karyera inkişafı imkanları;

Əmək haqqı Müsahibə zamanı müəyyənləşəcək

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

MB Minor Business Group
Minor Business Group

Similar jobs

See all