IT ITS TourITS Tour

Tender Mütəxəssisi

Posted 21 h ago Source
Logistics
Monthly salary
Salary negotiable
Application deadline
26 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş şəraiti

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • İş qrafiki: Həftənin 5 günü Freelance

Vəzifə öhdəlikləri

  • Dövlət və özəl tender elanlarının gündəlik izlənilməsi;
  • Tender sənədlərinin A-dan Z-yə hazırlanması və təqdim edilməsi;
  • Tender üçün tələb olunan bütün sənədlərin toplanması, yoxlanılması və düzgün şəkildə tərtib edilməsi;
  • Elektron satınalma platformalarında qeydiyyat və müraciətlərin həyata keçirilməsi;
  • Tender prosesinin bütün mərhələlərinin idarə olunması və son tarixlərə nəzarət;
  • Müqavilələrin, bank zəmanətlərinin və digər əlaqəli sənədlərin hazırlanmasının koordinasiyası;
  • Müvafiq dövlət qurumları və tərəfdaşlarla rəsmi yazışmaların aparılması;
  • Rəhbərliyə tender prosesi ilə bağlı müntəzəm hesabatların təqdim edilməsi.

Tələblər

  • Tender sahəsində iş təcrübəsi;
  • Dövlət və özəl satınalma prosedurlarını yaxşı bilmək;
  • Beynəlxalq tender platformaları ilə işləmək və beynəlxalq tenderlərdə iştirak təcrübəsi (üstünlükdür);
  • Azərbaycan dilində sərbəst,
  • MS Office proqramlarında, xüsusilə Word və Excel-də yüksək səviyyədə işləmək bacarığı;
  • Rəsmi yazışma və sənədləşmə qaydalarını bilmək;
  • Analitik düşünmə, yüksək məsuliyyət və detallara diqqət;Vaxtın effektiv idarə olunması və komanda ilə işləmək bacarığı.

Təklif edirik

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Qalib olunan hər bir tender üçün bonus sistemi
  • Həftənin 5 günü iş günü Freelance
  • Stabil və uzunmüddətli iş imkanı
  • Peşəkar inkişaf və karyera perspektivi

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Başlıq olaraq "Tender Mütəxəssisi" qeyd olunmağı mütləqdir .

IT ITS Tour
ITS Tour
Mehmanxana və ictimai iaşə xidmətləri

Similar jobs

See all
Apply