Tender və satınalma üzrə mütəxəssis
Experience 1–3 years Category Logistics
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
- İş vaxtı: 09:00 – 18:00
- İstirahət: Şənbə və Bazar günü
- Korporativ nömrə
- Əmək haqqı: 600-800 AZN
- İş yeri: Səməd Vurğun 88
Öhdəliklər
- Bazarın təhlili, tələb olunan malların yerli bazarda araşdırılması;
- Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması;
- Tədarükçülərdən gələn təkliflərin qiymətləndirilməsi və ən yaxşı təklifin seçilməsi;
- Alınan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi, satınalma prosesinin izlənməsi və idarə edilməsi;
- Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi.
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
- Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
Tələblər
- Ali təhsil;
- Yaş: 23-40;
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan (Rus dili üstünlükdür);
- MS Office proqramlarında işləməyi bilməli;
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.
FH
Flora Holland