S-Line Texnik
About this role
Vəzifə öhdəlikləri:
Şəbəkə avadanlıqlarının quraşdırılması (Access Point, Router, Modem, Switch, Mesh topologiyası);
İnternet və İPTV xidmətləri üzrə çəkiliş və quraşdırma işlərinin həyata keçirilməsi;
Router və TV-Box-ların ayarlanması;
Reflektometr (OTDR) və digər alətlərdən istifadə edərək testlər və ölçmələr aparılması;
Abunəçilərlə müvafiq sənədləşmə və müqavilələrin imzalanması;
Mövcud abunəçilərdə yaranmış problemləri aradan qaldırmaq;
Texniki prafilaktik işlərin aparılması;
Fiber optik və Drop kabellərlə işləmə bacarığı (Kabel çəkilişi (Cat5, Cat6, Coaxial, Optik).
Namizədə tələblər:
Rabitə, İT və ya elektronika sahəsində ali və ya orta ixtisas təhsili və sahə üzrə kurs keçmiş olması üstünlükdür;
20-40 yaş arası bəy namizədlər;
İT, sistem Sahəsində ümumi biliklər;
Optik liflərlə iş təcrübəsi (qaynaq, montaj, tənzimləmə);
Optik siqnalların bölünməsi prinsipləri üzrə biliklər (splitterlər, muftalar);
Şəbəkə protokolları və texnologiyalar üzrə əsas biliklər (Ethernet, IP);
Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi;
Mövcud abunəçilərdə yaranmış problemləri aradan qaldırmaq;
Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı;
Ünsiyyətcil olmaq;
Vəzifə öhdəliklərinə uyğun olaraq rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
Əlavə məlumat
Əməkhaqqı: 700 AZN
İş rejimi: 6 günlük iş qrafiki ilə təyin olunur
İş yeri: “S-Line” MMC, Bakı şəhəri, Yasamal ray., Həsən bəy Zərdabi pr.
CV-lərinizi [email protected] elektron poçt ünvanına "Texnik" başlığı ilə göndərə bilərsiniz.
