Shusha Hospitality Group MMC Texniki işçi (qabyuyan)
About this role
Shusha Hospitality Group MMC-dan vakansiya: Texniki işçi (qabyuyan) tələb olunur
Vəzifə öhdəlikləri:
– Təyin edilmiş iş yerinin və ətraf ərazilərin daim təmiz və səliqəli saxlanılmasını təmin etmək.
– Menecer müavini və ya nəzarətçi tərəfindən təyin edilmiş ümumi təmizlik işlərini yerinə yetirmək.
– Qabları müəyyən edilmiş fəaliyyət standartlarına uyğun təmizləmək və yumaq.
– Qazanları, tavaları və digər mətbəx ləvazimatlarını fəaliyyət standartlarına uyğun təmizləmək və yumaq.
– Zibil qablarını planlaşdırılmış zibil yığımı qrafikinə uyğun boşaltmaq.
– Şöbədə təyin edilmiş açma və bağlama prosedurlarına ciddi əməl etmək.
– Bütün təmizləmə prosedurlarına, qabyuyan maşından istifadəyə və istifadə ediləcək kimyəvi vasitələrə dair tam anlayış və biliyə malik olmaq.
– Zədələri minimuma endirmək və sıradan çıxmanın qarşısını almaq üçün bütün istismar avadanlığı və ləvazimatları ehtiyatla istifadə etmək.
– İstismar avadanlığının rüblük, yarım-illik, illik inventarını aparmağa yardım etmək.
Namizədlərə tələblər:
– Təhsil: Vacib deyil
– İş təcrübəsi: 1 ilə kimi
– Cins: Bəy namizədlər
– Yaş həddi: 20–35 arası namizədlər
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Şuşa şəhəri
– Yerləşmə və qidalanma şirkət tərəfindən təmin olunur
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 634 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Qabyuyan” yazaraq [email protected] epoçt ünvanına ya da (051)244-14-12 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
