Texniki işlər üzrə qrup rəhbəri (Naftalan)
Work mode Full-time Experience 5+ years Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- HVAC, MEP, liftlər, yanğın və təhlükəsizlik sistemləri, BMS daxil olmaqla bütün texniki sistemlər üzrə planlı, qabaqlayıcı və operativ texniki xidmət proqramlarını hazırlamaq və icra etmək;
- Texniki mühəndislər, nəzarətçilər və texniki işçilərdən ibarət komandaya rəhbərlik etmək və onların fəaliyyətinə nəzarət etmək;
- İllik texniki xidmət büdcəsini hazırlamaq, xərclərə nəzarət etmək, proqnozlaşdırma və təhlil işlərini aparmaq;
- Büdcəyə riayət olunmasını təmin etmək və xərclərin optimallaşdırılması məqsədilə texniki xidmət xərclərini izləmək;
- Yerli qanunvericiliyə, texniki normativlərə və daxili təhlükəsizlik standartlarına uyğunluğu təmin etmək;
- KPI göstəricilərini (sistemlərin işləkliyi, enerji sərfiyyatı, texniki xidmətə cavab müddəti və s.) izləmək və təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək;
Tələblər
- Mexanika, Elektrik və ya Müəssisə Mühəndisliyi (Facility Management) sahəsində bakalavr dərəcəsi (magistr və ya MBA üstünlükdür);
- Texniki xidmət və ya müəssisə idarəçiliyi sahəsində minimum 10 illik ümumi iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə azı 5 illik təcrübə;
- Genişmiqyaslı OPEX və CAPEX büdcələrinin hazırlanması və idarə olunması üzrə təcrübə;
- MEP, HVAC, yanğın və təhlükəsizlik, enerji idarəçiliyi və BMS sistemləri üzrə dərin texniki biliklər;
- CMMS proqramları ilə iş təcrübəsi;
- Güclü liderlik, analitik düşünmə və ünsiyyət bacarığı;
- Yerli texniki normativlər, təhlükəsizlik qaydaları və dayanıqlı idarəetmə prinsipləri üzrə biliklər;
F 
Foton
Emal sənayesi
Foton MMC – Dəyər üzərində qurulmuş xidmət mədəniyyəti Foton MMC, yüksək səviyyəli bina idarəetməsi və istismarı xidmətlərini təmin edən ixtisaslaşmış şirkətdir. Şirkətimizin əsas vəzifəsi – mükəmməl…