Atena Texniki şöbənin müdiri-Ağcabədi
About this role
Vəzifə öhdəlikləri:
Zavodun istehsalat avadanlıqları və mühəndis-kommunikasiya sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək;
Texniki xidmət, profilaktik baxış və təmir işlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
Avadanlıqlarda yaranan nasazlıqların operativ aradan qaldırılmasını təşkil etmək;
Yeni avadanlıqların quraşdırılması və istismara verilməsi prosesini koordinasiya etmək;
Texniki sənədləşmənin düzgün aparılmasını və enerji resurslarından səmərəli istifadəni təmin etmək;
Texniki heyətin fəaliyyətini idarə etmək, iş bölgüsünü təşkil etmək və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
Ehtiyat hissələri və texniki materiallara olan tələbatı müəyyənləşdirmək, aidiyyəti şöbələrlə əməkdaşlıq etmək;
Zavodun texniki inkişafı, modernləşdirilməsi və xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək və verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
Mexanika, Elektrik mühəndisliyi, Mexatronika və ya əlaqəli ixtisas üzrə ali təhsil;
İstehsalat müəssisəsində texniki rəhbər vəzifəsində minimum 5 il iş təcrübəsi;
İstehsalat avadanlıqları, texniki xidmət və profilaktik təmir prosesləri üzrə bilik və təcrübə;
Komandanı idarəetmə, planlaşdırma və operativ qərarvermə bacarığı;
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;
Məsuliyyətli, liderlik və analitik düşünmə qabiliyyətinə malik olmaq.
İş şəraiti:
İş yeri: Ağcabədi rayonu;
6 günlük iş qrafiki (qısaldılmış);
Əmək haqqı: razılaşma yolu ilə;
Nahar: şirkət tərəfindən qarşılanır;
Rayon və ətraf kəndlərə servis xidməti mövcuddur;
İşçiyə ailəsi ilə yaşamağa ev verilir.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
