Fratres Tikinti Mühəndisi
About this role
Şirkətimiz tikinti sahəsində fəaliyyət göstərən peşəkar komandaya qoşulmaq üçün Tikinti Mühəndisi vəzifəsinə namizəd axtarır.
Vəzifə öhdəlikləri:
Tikinti işlərinin layihə və texniki sənədlərə uyğun icrasına nəzarət etmək;
Görülən işlərin həcmlərinin hesablanması və müvafiq sənədlərin hazırlanması;
Forma-2 və Forma-3 sənədlərinin tərtib edilməsi;
Tikinti prosesinin planlaşdırılması və koordinasiyası;
Tikinti norma və qaydalarına riayət olunmasına nəzarət etmək;
Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
AutoCAD proqramında sərbəst işləmək bacarığı;
Forma-2 və Forma-3 sənədləri ilə işləmə təcrübəsi;
Layihə-smeta sənədlərini oxuma və təhlil etmə bacarığı;
Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı.
İş şəraiti:
Əmək haqqı: 1500 – 2000 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək);
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Maraqlanan namizədlər CV-lərini [email protected] qeyd olunan elektron ünvana göndərə bilərlər.
