FratresFratres

Tikinti Mühəndisi

Опубликовано 2 нед. назад Источник: azvak.az ↗
Продажи
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
11 iyul 2026

О должности

Şirkətimiz tikinti sahəsində fəaliyyət göstərən peşəkar komandaya qoşulmaq üçün Tikinti Mühəndisi vəzifəsinə namizəd axtarır.

Vəzifə öhdəlikləri:

  • Tikinti işlərinin layihə və texniki sənədlərə uyğun icrasına nəzarət etmək;

  • Görülən işlərin həcmlərinin hesablanması və müvafiq sənədlərin hazırlanması;

  • Forma-2 və Forma-3 sənədlərinin tərtib edilməsi;

  • Tikinti prosesinin planlaşdırılması və koordinasiyası;

  • Tikinti norma və qaydalarına riayət olunmasına nəzarət etmək;

  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

  • İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;

  • Tikinti sahəsində minimum 5 il iş təcrübəsi;

  • AutoCAD proqramında sərbəst işləmək bacarığı;

  • Forma-2 və Forma-3 sənədləri ilə işləmə təcrübəsi;

  • Layihə-smeta sənədlərini oxuma və təhlil etmə bacarığı;

  • Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: 1500 – 2000 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək);

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.

Maraqlanan namizədlər CV-lərini [email protected] qeyd olunan elektron ünvana göndərə bilərlər.

Похожие вакансии

Смотреть все