Baku Steel Company CJSC Ümumi şöbənin mütəxəssisi
Posted 15 h ago Source ↗
Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Cəmiyyətin sənəd dövriyyəsinin təşkilində iştirak etmək;
- Daxil olan və göndərilən sənədlərin qəbulunu, qeydiyyatını, aidiyyəti üzrə yönləndirilməsini və izlənilməsini təmin etmək;
- Məktub, arayış, akt, xidməti yazı və digər inzibati sənədləri hazırlamaq;
- Əmr və sərəncamların qeydiyyatını aparmaq;
- Elektron sənəd dövriyyəsi sistemində sənədləri qeydiyyata almaq və icra vəziyyətini izləmək;
- Sənədlərin icra müddətlərinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq;
- Kargüzarlıq və arxivləşdirmə işlərini həyata keçirmək;
- İclas və görüşlərin təşkilinə inzibati dəstək göstərmək;
- Şöbənin fəaliyyəti üzrə arayış, məlumat və hesabatlar hazırlamaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işi üzrə biliklər;
- Rəsmi və işgüzar yazışma bacarığı;
- MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ya ingilis dili biliyi üstünlükdür;
- Məsuliyyətlilik, dəqiqlik və yüksək təşkilatçılıq bacarığı;
- Komandada işləmək və çoxsaylı tapşırıqları paralel idarə etmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
BSC 

Baku Steel Company CJSC
Emal sənayesi
Biz Azərbaycanın ulu öndəri Heydər Əliyev tərəfindən yaradılmış, ölkə iqtisadiyyatında öz sözünü demiş və Qafqazın ən böyük metallurgiya şirkəti olan Baku Steel Company-yik. Texnoloji yenilikləri,…