Katiblik və ümumi işlər şöbəsində referent işi
About this role
Qarabağ Dirçəliş Fondu Katiblik və ümumi işlər şöbəsinin referenti vəzifəsinə vakansiya elan edir
Ali təhsilə malik, sənədləşmə sahəsində minimum 2 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
İş saatları - 09:30-dan – 18:30-dək.
Şənbə, bazar istirahət günləridir.
Əmək haqqı:
Müsahibə zamanı əlavə məlumat veriləcək.
Vəzifə öhdəlikləri:
Fondun kargüzarlıq işinin Azərbaycan Respublikasının qanunvericiliyinin və normativ-hüquqi aktlarının tələblərinə uyğun şəkildə təşkili və aparılmasını təmin etmək;
Elektron sənəd dövriyyəsi sistemində daxil olan və göndərilən sənədlərin qeydiyyatını, icrasına nəzarəti və müvafiq qaydada rəsmiləşdirilməsini həyata keçirmək;
Fondun sənəd dövriyyəsinin təşkilini, sənədlərin hərəkətinə nəzarəti və aidiyyəti üzrə vaxtında çatdırılmasını təmin etmək;
Fondun arxiv işini təşkil etmək, sənədlərin sistemləşdirilməsi, saxlanılması və arxivləşdirilməsi proseslərini müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək;
Dövlət qurumları və digər təşkilatlarla rəsmi və işgüzar yazışmaların hazırlanmasında və aparılmasında iştirak etmək;
Fondun fəaliyyəti ilə bağlı məktubların, sorğuların, cavabların və digər rəsmi sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirmək;
Kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işi sahəsində qüvvədə olan qanunvericiliyin və normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etmək;
Azərbaycan dilini yüksək səviyyədə tətbiq etməklə rəsmi sənədlərin və yazışmaların düzgün, dəqiq və peşəkar şəkildə hazırlanmasını təmin etmək;
Öz vəzifə öhdəliklərinin icrası zamanı yüksək məsuliyyət, operativlik, dəqiqlik və peşəkarlıq prinsiplərinə riayət etmək;
Rəhbərlik tərəfindən verilən və tutduğu vəzifənin funksional istiqamətinə uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Bütün müraciətlər nəzərdən keçiriləcək və yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Birbaşa linkə daxil ol və müraciət et - https://qdf.gov.az/media-merkezi/vakansiyalar/22-Referent.html