QDF Qarabağ Dirçəliş FonduQarabağ Dirçəliş Fondu

Katiblik və ümumi işlər şöbəsində referent işi

6 saat əvvəl yerləşdirilib Mənbə
İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
6 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Qarabağ Dirçəliş Fondu Katiblik və ümumi işlər şöbəsinin referenti vəzifəsinə vakansiya elan edir

  • Ali təhsilə malik, sənədləşmə sahəsində minimum 2 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş şəraiti:

  • İş saatları - 09:30-dan – 18:30-dək.

  • Şənbə, bazar istirahət günləridir.

  • Əmək haqqı:

  • Müsahibə zamanı əlavə məlumat veriləcək.

Vəzifə öhdəlikləri:

  • Fondun kargüzarlıq işinin Azərbaycan Respublikasının qanunvericiliyinin və normativ-hüquqi aktlarının tələblərinə uyğun şəkildə təşkili və aparılmasını təmin etmək;

  • Elektron sənəd dövriyyəsi sistemində daxil olan və göndərilən sənədlərin qeydiyyatını, icrasına nəzarəti və müvafiq qaydada rəsmiləşdirilməsini həyata keçirmək;

  • Fondun sənəd dövriyyəsinin təşkilini, sənədlərin hərəkətinə nəzarəti və aidiyyəti üzrə vaxtında çatdırılmasını təmin etmək;

  • Fondun arxiv işini təşkil etmək, sənədlərin sistemləşdirilməsi, saxlanılması və arxivləşdirilməsi proseslərini müəyyən edilmiş qaydalara uyğun həyata keçirmək;

  • Dövlət qurumları və digər təşkilatlarla rəsmi və işgüzar yazışmaların hazırlanmasında və aparılmasında iştirak etmək;

  • Fondun fəaliyyəti ilə bağlı məktubların, sorğuların, cavabların və digər rəsmi sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini həyata keçirmək;

  • Kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işi sahəsində qüvvədə olan qanunvericiliyin və normativ sənədlərin tələblərinə riayət olunmasını təmin etmək;

  • Azərbaycan dilini yüksək səviyyədə tətbiq etməklə rəsmi sənədlərin və yazışmaların düzgün, dəqiq və peşəkar şəkildə hazırlanmasını təmin etmək;

  • Öz vəzifə öhdəliklərinin icrası zamanı yüksək məsuliyyət, operativlik, dəqiqlik və peşəkarlıq prinsiplərinə riayət etmək;

  • Rəhbərlik tərəfindən verilən və tutduğu vəzifənin funksional istiqamətinə uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

  • Bütün müraciətlər nəzərdən keçiriləcək və yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Birbaşa linkə daxil ol və müraciət et - https://qdf.gov.az/media-merkezi/vakansiyalar/22-Referent.html

QDF Qarabağ Dirçəliş Fondu
Qarabağ Dirçəliş Fondu

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et