AQ AZCD Group QSCAZCD Group QSC

Sahə mühəndisi (incə işlər)

Bakı 5 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 5 ildən çox Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Fit-out, metal konstruksiya və digər tamamlayıcı tikinti işlərinin təsdiq edilmiş layihə sənədləri, texniki spesifikasiyalar və işçi çertyojlara uyğun icrasına gündəlik nəzarət etmək;
  • Tikinti sahəsində aparılan işlərin keyfiyyətini, ardıcıllığını və layihə qrafikinə uyğunluğunu təmin etmək;
  • Subpodratçıların, ustaların və sahə işçilərinin fəaliyyətini koordinasiya etmək, görülən işlərin icrasını nəzarətdə saxlamaq;
  • Gündəlik iş planlarının hazırlanmasında iştirak etmək və işlərin plan üzrə icrasını izləmək;
  • Materialların qəbulunu yoxlamaq, onların keyfiyyətinə, düzgün saxlanmasına və səmərəli istifadəsinə nəzarət etmək;
  • Görülmüş işlərin həcmini ölçmək, yerinə yetirilmiş işləri təsdiqləmək və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
  • Sahədə yaranan texniki problemləri operativ şəkildə müəyyən etmək, həlli üçün layihə rəhbərliyi və aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
  • Memarlıq, konstruksiya, MEP və digər əlaqəli işlər arasında koordinasiyanı təmin etmək və işlərin ardıcıllığını izləmək;
  • Tikinti norma və qaydalarına, texniki standartlara, layihə tələblərinə və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək;
  • Gündəlik və həftəlik görülən işlər üzrə hesabatlar hazırlamaq, fotohesabatlar təqdim etmək və layihə rəhbərliyini görülən işlər barədə mütəmadi məlumatlandırmaq;
  • Layihədə istifadə olunan materiallar, avadanlıqlar və resursların səmərəli istifadəsinə nəzarət etmək;
  • Zəruri hallarda sifarişçi, texniki nəzarətçi və digər tərəflərlə keçirilən sahə baxışlarında və iclaslarda iştirak etmək;
  • Layihənin vaxtında və keyfiyyətlə tamamlanması üçün digər struktur bölmələri ilə sıx əməkdaşlıq etmək.

Xüsusi tələblər

  • İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • İncə işlər və metal konstruksiya işləri üzrə 5+ il sahə təcrübəsi;
  • Layihə və texniki çertyojları oxuma bacarığı;
  • Tikinti norma və standartları barədə bilik;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]
AQ AZCD Group QSC
AZCD Group QSC
Tikinti

«AZCD Group" QSC 03.10.2019-cu ildə təsis edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 02.12.2019-cu il tarixində verilmiş Lisenziya əsasında, tikintisinə icazə tələb…

Oxşar vakansiyalar

Hamısına bax