Sahə mühəndisi (incə işlər)
Режим работы Полная занятость Опыт Более 5 лет Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Fit-out, metal konstruksiya və digər tamamlayıcı tikinti işlərinin təsdiq edilmiş layihə sənədləri, texniki spesifikasiyalar və işçi çertyojlara uyğun icrasına gündəlik nəzarət etmək;
- Tikinti sahəsində aparılan işlərin keyfiyyətini, ardıcıllığını və layihə qrafikinə uyğunluğunu təmin etmək;
- Subpodratçıların, ustaların və sahə işçilərinin fəaliyyətini koordinasiya etmək, görülən işlərin icrasını nəzarətdə saxlamaq;
- Gündəlik iş planlarının hazırlanmasında iştirak etmək və işlərin plan üzrə icrasını izləmək;
- Materialların qəbulunu yoxlamaq, onların keyfiyyətinə, düzgün saxlanmasına və səmərəli istifadəsinə nəzarət etmək;
- Görülmüş işlərin həcmini ölçmək, yerinə yetirilmiş işləri təsdiqləmək və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
- Sahədə yaranan texniki problemləri operativ şəkildə müəyyən etmək, həlli üçün layihə rəhbərliyi və aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
- Memarlıq, konstruksiya, MEP və digər əlaqəli işlər arasında koordinasiyanı təmin etmək və işlərin ardıcıllığını izləmək;
- Tikinti norma və qaydalarına, texniki standartlara, layihə tələblərinə və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək;
- Gündəlik və həftəlik görülən işlər üzrə hesabatlar hazırlamaq, fotohesabatlar təqdim etmək və layihə rəhbərliyini görülən işlər barədə mütəmadi məlumatlandırmaq;
- Layihədə istifadə olunan materiallar, avadanlıqlar və resursların səmərəli istifadəsinə nəzarət etmək;
- Zəruri hallarda sifarişçi, texniki nəzarətçi və digər tərəflərlə keçirilən sahə baxışlarında və iclaslarda iştirak etmək;
- Layihənin vaxtında və keyfiyyətlə tamamlanması üçün digər struktur bölmələri ilə sıx əməkdaşlıq etmək.
Xüsusi tələblər
- İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- İncə işlər və metal konstruksiya işləri üzrə 5+ il sahə təcrübəsi;
- Layihə və texniki çertyojları oxuma bacarığı;
- Tikinti norma və standartları barədə bilik;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.
AQ 
AZCD Group QSC
Tikinti
«AZCD Group" QSC 03.10.2019-cu ildə təsis edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 02.12.2019-cu il tarixində verilmiş Lisenziya əsasında, tikintisinə icazə tələb…