TBM Usta
About this role
Müəssisəmiz yük avtomobilləri üçün yüksək keyfiyyətli kuzovların (sendviç panel və metal konstruksiyaların) istehsalı və yığılması ilə məşğuldur. Komandamızı genişləndirmək məqsədilə təcrübəli və məsuliyyətli əməkdaşlar axtarırıq.
Ünvan-Binəqədi rayonu,Xocəsən qəsəbəsi,Xocəsən metrosuna yaxınlığı
Əsas Vəzifə Öhdəlikləri:
Kuzov istehsalı üçün metal profillərin dəqiq ölçüdə kəsilməsi;təmizlənməsi
Sendviç panellərin hazırlanması, yapışdırıcı kleyin vurulması və divarların montajı;
Konstruksiyanın qurulması zamanı zəruri qaynaq və bərkitmə işlərinin yerinə yetirilməsi;
Verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması.
Namizədə dair Tələblər:
Yaş həddi: Maksimum 35 yaş;
Alət bacarıqları: Drel, laqonda və digər əl alətləri ilə tam sərbəst və təhlükəsiz işləmək bacarığı;
Şəxsi keyfiyyətlər: Fiziki cəhətdən dözümlü, diqqətli, komandada işləmək bacarığı və verilən təlimatları dəqiq yerinə yetirmək.
Biz nə təklif edirik?
Daimi və stabil iş yeri;
İş qrafiki: iş saatı 08:00-17:00, Altıgünlük iş həftəsi (İstirahət günü: Bazar);
Əməkhaqqı: Namizədin təcrübə və bacarığına uyğun olaraq sınaq müddəti əsasında təyin olunacaqdır.İlkin olaraq 800 azn maaş verilir,tam rəsmi şəkildə,birbaşa karta köçürülür.Maaş artandır ,əlavə olaraq 3 aydan sonra işin həcminə görə premiya təyin olunur
Müraciət üçün əlaqə:
Maraqlanan şəxslər 050 214 57 36 nömrəsi ilə vatsapp üzərindən 08:00-18:00 a kimi yazılı şəkildə əlaqə saxlaya bilərlər
Qeyd: Zəng edərkən elanı harada gördüyünüzü bildirməyiniz xahiş olunur.