TBMTBM

Usta

6 saat əvvəl yerləşdirilib Mənbə
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
1 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Müəssisəmiz yük avtomobilləri üçün yüksək keyfiyyətli kuzovların (sendviç panel və metal konstruksiyaların) istehsalı və yığılması ilə məşğuldur. Komandamızı genişləndirmək məqsədilə təcrübəli və məsuliyyətli əməkdaşlar axtarırıq.

Ünvan-Binəqədi rayonu,Xocəsən qəsəbəsi,Xocəsən metrosuna yaxınlığı

Əsas Vəzifə Öhdəlikləri:

  • Kuzov istehsalı üçün metal profillərin dəqiq ölçüdə kəsilməsi;təmizlənməsi

  • Sendviç panellərin hazırlanması, yapışdırıcı kleyin vurulması və divarların montajı;

  • Konstruksiyanın qurulması zamanı zəruri qaynaq və bərkitmə işlərinin yerinə yetirilməsi;

  • Verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması.

Namizədə dair Tələblər:

  • Yaş həddi: Maksimum 35 yaş;

  • Alət bacarıqları: Drel, laqonda və digər əl alətləri ilə tam sərbəst və təhlükəsiz işləmək bacarığı;

  • Şəxsi keyfiyyətlər: Fiziki cəhətdən dözümlü, diqqətli, komandada işləmək bacarığı və verilən təlimatları dəqiq yerinə yetirmək.

Biz nə təklif edirik?

  • Daimi və stabil iş yeri;

  • İş qrafiki: iş saatı 08:00-17:00, Altıgünlük iş həftəsi (İstirahət günü: Bazar);

  • Əməkhaqqı: Namizədin təcrübə və bacarığına uyğun olaraq sınaq müddəti əsasında təyin olunacaqdır.İlkin olaraq 800 azn maaş verilir,tam rəsmi şəkildə,birbaşa karta köçürülür.Maaş artandır ,əlavə olaraq 3 aydan sonra işin həcminə görə premiya təyin olunur

Müraciət üçün əlaqə:

Maraqlanan şəxslər 050 214 57 36 nömrəsi ilə vatsapp üzərindən 08:00-18:00 a kimi yazılı şəkildə əlaqə saxlaya bilərlər

Qeyd: Zəng edərkən elanı harada gördüyünüzü bildirməyiniz xahiş olunur.

Oxşar vakansiyalar

Hamısına bax
Zəng et