AMO Group Vergi üzrə Böyük Mühasib
Posted 19 h ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotunun aparılması və vergi öhdəliklərinin icrasının təmin edilməsi;
- Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması);
- Bütün vergi növlərinin (Mənfəət vergisi, ƏDV, ÖMV, Torpaq, Əmlak, Muzdlu işlə əlaqədar vergilər və s.) qanunvericiliklə müəyyən edilmiş müddətlərdə düzgün hesablanmasını hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Vergi Məcəlləsində baş verən dəyişiklikləri izləmək və onların tətbiqi barədə rəhbərliyi məlumatlandırmaq.
- Kameral və səyyar vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq və təqdim etmək.
- Vergi risklərini müəyyən etmək, təhlil etmək və onların minimuma endirilməsi üçün təkliflər hazırlamaq.
- Debitor və kreditor əməliyyatlarının vergi uçotu baxımından düzgün aparılmasına nəzarət etmək.
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının dəqiq formalaşdırılması
- Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, istismara verilməsi, yerinin dəyişdirilməsi, təmir xərclərinin kapitallaşdırılması və silinməsi əməliyyatlarının əməliyyat sistemində dərhal və dəqiq əks etdirmək;
- ƏV üzrə amortizasiya xərclərini hesablamaq;
- Əsas vəsaitlərin dövri inventarizasiya prosesində iştirak etmək, nəticələri təhlil etmək və kənarlaşmaları mühasibatlıq sistemində əks etdirmək.
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələr, ezam və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasına nəzarət etmək.
- Vergi hesablaşmalarını maliyyə uçotu məlumatları ilə mütəmadi uzlaşdırmaq.
- 1C və ERP sistemlərində vergi uçotunun qurulması və düzgün aparılmasına nəzarət etmək.
- Vergi uçotu üzrə daxili hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Öz tabeliyində olan əməkdaşların fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafına dəstək olmaq və komanda ruhunun formalaşdırılmasını təmin etmək.
- Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək.
Tələblər
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- ACCA FA olması üstünlükdür
- Excel bilikləri
- 1C 8.3 proqramı üzrə biliklər
- İstehsalat təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
A 

AMO Group