AMOGROUP Vergi üzrə Böyük Mühasib
About this role
Təsvir
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotunun aparılması və vergi öhdəliklərinin icrasının təmin edilməsi;
Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması);
Bütün vergi növlərinin (Mənfəət vergisi, ƏDV, ÖMV, Torpaq, Əmlak, Muzdlu işlə əlaqədar vergilər və s.) qanunvericiliklə müəyyən edilmiş müddətlərdə düzgün hesablanmasını hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Vergi Məcəlləsində baş verən dəyişiklikləri izləmək və onların tətbiqi barədə rəhbərliyi məlumatlandırmaq.
Kameral və səyyar vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq və təqdim etmək.
Vergi risklərini müəyyən etmək, təhlil etmək və onların minimuma endirilməsi üçün təkliflər hazırlamaq.
Debitor və kreditor əməliyyatlarının vergi uçotu baxımından düzgün aparılmasına nəzarət etmək.
İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının dəqiq formalaşdırılması
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, istismara verilməsi, yerinin dəyişdirilməsi, təmir xərclərinin kapitallaşdırılması və silinməsi əməliyyatlarının əməliyyat sistemində dərhal və dəqiq əks etdirmək;
ƏV üzrə amortizasiya xərclərini hesablamaq;
Əsas vəsaitlərin dövri inventarizasiya prosesində iştirak etmək, nəticələri təhlil etmək və kənarlaşmaları mühasibatlıq sistemində əks etdirmək.
Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələr, ezam və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasına nəzarət etmək.
Vergi hesablaşmalarını maliyyə uçotu məlumatları ilə mütəmadi uzlaşdırmaq.
1C və ERP sistemlərində vergi uçotunun qurulması və düzgün aparılmasına nəzarət etmək.
Vergi uçotu üzrə daxili hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Öz tabeliyində olan əməkdaşların fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafına dəstək olmaq və komanda ruhunun formalaşdırılmasını təmin etmək.
Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək.
Tələblər
Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
ACCA FA olması üstünlükdür
Excel bilikləri
1C 8.3 proqramı üzrə biliklər
İstehsalat təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
Vergi Məcəlləsi üzrə müvafiq biliklər;

“AMO CORPORATE GROUP” 1995-ci ildən bu yana, kənd təsərrüfatı məhsullarının istehsalı, onların idxal və ixracı, Horeca sistemi ilə çatdırılması və beynəlxalq nəqliyyat sahələrində fəaliyyət göstərən…