Xadimə (Əhmədli)
About this role
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
6 günlük iş qrafiki
Ünvan: Əhmədli filialı
Əsas Vəzifələr:
Mağaza daxilində gündəlik təmizlik və sanitariya işlərini həyata keçirmək;
Satış zalının, geyinmə otaqlarının, vitrinlərin və inzibati sahələrin təmizliyini təmin etmək;
Döşəmələrin silinməsi, tozların alınması və ümumi səliqənin qorunması;
Sanitar qovşaqların mütəmadi təmizlənməsi və gigiyenik vasitələrin mövcudluğuna nəzarət etmək;
Zibil qutularını vaxtında boşaltmaq və tullantıları ayrılmış əraziyə daşımaq;
Təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə etmək;
Rəhbərlik tərəfindən verilən digər təmizlik işlərini vaxtında yerinə yetirmək.
Namizədə tələblər:
Xadimə və ya təmizlikçi kimi iş təcrübəsi arzuolunandır;
Səliqəli, məsuliyyətli və diqqətli olmaq;
Təmizlik və gigiyena qaydalarını bilmək;
Komandada işləmək bacarığı;
Fiziki cəhətdən aktiv və çevik olmaq;
İşə qarşı məsuliyyətli və dürüst yanaşmaq.
Komandamıza uyğun olan namizədlər göndərdikləri CV-lərini faktiki yaşayış yerlərini dəqiq qeyd etməklə, mövzu hissəsində vəzifə adını “Xadimə (Əhmədli)” və müraciət etmək istədiyi filialın adını qeyd edərək, [email protected] elektron ünvanına göndərə bilərlər.
Filialların çox olması səbəbiylə cv-də faktiki yaşayış yerinin dəqiq qeyd olunması vacibdir.
Şirkətimiz Brend House retail fashion sektorda mağazalar şəbəkəsi olaraq, geyim mağazaları ilə Bakı və ətraf bölgələrdə , fəaliyyət göstərir.