BH Brend HouseBrend House

Xadimə (Əhmədli)

4 saat əvvəl yerləşdirilib Mənbə
Qonaqpərvərlik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
14 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Əmək haqqı: Razılaşma yolu ilə

İş şəraiti

  • 6 günlük iş qrafiki 

  • Ünvan: Əhmədli filialı

Əsas Vəzifələr:

  • Mağaza daxilində gündəlik təmizlik və sanitariya işlərini həyata keçirmək; 

  • Satış zalının, geyinmə otaqlarının, vitrinlərin və inzibati sahələrin təmizliyini təmin etmək; 

  • Döşəmələrin silinməsi, tozların alınması və ümumi səliqənin qorunması; 

  • Sanitar qovşaqların mütəmadi təmizlənməsi və gigiyenik vasitələrin mövcudluğuna nəzarət etmək; 

  • Zibil qutularını vaxtında boşaltmaq və tullantıları ayrılmış əraziyə daşımaq; 

  • Təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə etmək; 

  • Rəhbərlik tərəfindən verilən digər təmizlik işlərini vaxtında yerinə yetirmək.

Namizədə tələblər:

  • Xadimə və ya təmizlikçi kimi iş təcrübəsi arzuolunandır; 

  • Səliqəli, məsuliyyətli və diqqətli olmaq; 

  • Təmizlik və gigiyena qaydalarını bilmək; 

  • Komandada işləmək bacarığı; 

  • Fiziki cəhətdən aktiv və çevik olmaq; 

  • İşə qarşı məsuliyyətli və dürüst yanaşmaq.

Komandamıza uyğun olan  namizədlər göndərdikləri CV-lərini faktiki yaşayış yerlərini dəqiq qeyd etməklə, mövzu hissəsində vəzifə adını “Xadimə (Əhmədli)”  və müraciət etmək istədiyi filialın adını qeyd edərək, [email protected] elektron ünvanına göndərə bilərlər. 

Filialların çox olması səbəbiylə cv-də faktiki yaşayış yerinin dəqiq qeyd olunması vacibdir. 

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
BH Brend House
Brend House
Topdansatış və pərakəndə ticarət

Şirkətimiz Brend House retail fashion sektorda mağazalar şəbəkəsi olaraq, geyim mağazaları ilə Bakı və ətraf bölgələrdə , fəaliyyət göstərir.

Oxşar vakansiyalar

Hamısına bax