Bakı MetropoliteniBakı Metropoliteni

Yanğın təhlükəsizliyinə nəzarət şöbəsinə yanğın əleyhinə profilaktika üzrə mütəxəssis

Bakı Posted 4 h ago Source
Full-time 1–3 years
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vakansiyanın təsviri

  • Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (FHN DYNX) tərəfindən metropolitenin stansiya və obyektlərində keçirilən planlı və plandankənar, o cümlədən tunellərdə (gecə yoxlamaları) plandankənar yanğın-texniki müayinələrdə iştirak edir;
  • Təhkim olunmuş obyektlərdə yanğın-texniki baxışlar keçirir və aşkarlanmış uyğunsuzluqlar barədə məlumatları ümumiləşdirir;
  • Xidmət və struktur bölmələrdə hər il yanğın əleyhinə dövri təkrar təlimatları keçirtmək;
  • Xidmət və struktur bölmələr tərəfindən metropolitenin bina, sahə, qurğuları üçün yanğın təhlükəsizliyi üzrə yerli təlimatların işlənib hazırlanmasında aktiv iştirak etmək.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Tikinti sahəsində layihələndirmə, beynəlxalq və yerli normativ biliklər;
  • Texniki sənədlərlə və hesabatlarla işləmək bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Müvafiq təlim və sertifikatların olması üstünlük hesab olunur.

Müraciət etmək üçün: [email protected]
Bakı Metropoliteni
Bakı Metropoliteni

Similar jobs

See all