Bakı Metropoliteni Yanğın təhlükəsizliyinə nəzarət şöbəsinə yanğın əleyhinə profilaktika üzrə mütəxəssis
Режим работы Полная занятость Опыт 1–3 года
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (FHN DYNX) tərəfindən metropolitenin stansiya və obyektlərində keçirilən planlı və plandankənar, o cümlədən tunellərdə (gecə yoxlamaları) plandankənar yanğın-texniki müayinələrdə iştirak edir;
- Təhkim olunmuş obyektlərdə yanğın-texniki baxışlar keçirir və aşkarlanmış uyğunsuzluqlar barədə məlumatları ümumiləşdirir;
- Xidmət və struktur bölmələrdə hər il yanğın əleyhinə dövri təkrar təlimatları keçirtmək;
- Xidmət və struktur bölmələr tərəfindən metropolitenin bina, sahə, qurğuları üçün yanğın təhlükəsizliyi üzrə yerli təlimatların işlənib hazırlanmasında aktiv iştirak etmək.
Xüsusi tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Tikinti sahəsində layihələndirmə, beynəlxalq və yerli normativ biliklər;
- Texniki sənədlərlə və hesabatlarla işləmək bacarığı;
- MS Office proqramlarında işləmə bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Müvafiq təlim və sertifikatların olması üstünlük hesab olunur.

Bakı Metropoliteni