Bakı Metropoliteni Yol montyoru
Work mode Full-time Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Metropoliten yollarında təmir və texniki xidmət işlərinin yerinə yetirilməsi;
- Relslərin, şpalların, yol dəyişdirici qurğuların və digər yol elementlərinin təmiri və saz vəziyyətdə saxlanılması;
- Təmas relsinin, yolun plan və profilinin normativ tələblərə uyğunlaşdırılması işlərində iştirak etmək;
- Təmir işləri zamanı materialların yüklənməsi, boşaldılması və iş sahəsinə daşınmasını təmin etmək;
- İşə başlamazdan əvvəl istifadə olunacaq alət və avadanlıqların texniki vəziyyətini yoxlamaq;
- Tunel və yerüstü sahələrdə təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- İş sahəsinin təhlükəsiz şəkildə çəpərlənməsini təmin etmək və iş başa çatdıqdan sonra iş yerini təhlükəsiz vəziyyətə gətirmək;
- Aşkar edilmiş nasazlıqlar və təhlükəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək;
- Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifəyə aid digər tapşırıqları yerinə yetirmək.
İş rejimi:
- 5 günlük iş həftəsi, 23:30-dan 05:30-dək (gecə növbəsi)
Xüsusi tələblər
- Yaşı 22-35 arası olan gənclər
- Təhsili nəqliyyat mühəndisliyi və dəmiryolu təsərrüfatı üzrə olan məzunlar
- Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli və intizamlı olmaq;
- Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı;
- Gecə növbəsində işləməyə hazır olmaq;
- Operativ və çevik olmaq.
BM 

Bakı Metropoliteni