XF Xaliq FaiqoğluXaliq Faiqoğlu

Zəmanət üzrə Mütəxəssis (Avtobus Qarajı)

Posted 18 h ago Source
Engineering
Monthly salary
₼1,000+
Application deadline
8 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş şəraiti

  • Ünvan: Xarici dairəvi yol 62
  • Məşğulluq növü: 6 günlük iş həftəsi, tam iş günü (tam ştat)
  • Əmək haqqı: 1000-1300 Azn

Əsas Öhdəliklər və Vəzifə Funksiyaları:

  • Avtobusların istismarı zamanı baş verən nasazlıqların zəmanət şərtlərinə uyğunluğunu müəyyən etmək;
  • Zəmanət müddətində olan ehtiyat hissələrinin və aqreqatların sıradan çıxması halında lazımi aktların, foto/video hesabatların hazırlanması; 
  • İstehsalçı zavodlar, rəsmi dilerlər və təchizatçılarla zəmanət iddialarının qaldırılması və prosesin sonadək təqib edilməsi; 
  • Qarajın texniki heyəti (ustalar, mühəndislər) ilə sıx əməkdaşlıq edərək defektlərin səbəbini araşdırmaq; 
  • Sıradan çıxmış zəmanətli detalların qeydiyyatını aparmaq, onların saxlanılması və ya istehsalçıya geri göndərilməsi prosesini idarə etmək; 
  • Zəmanət çərçivəsində yerinə yetirilən təmir işlərinə aid sənədləşməni (hesab-fakturalar, aktlar, daxili sistem qeydləri) tam və qüsursuz şəkildə arxivləşdirmək; 
  • Şirkətin zəmanət xərclərinə qənaət etməsi üçün hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək. 

Tələblər:

  • Təhsil: Ali və ya orta-ixtisas təhsili (Mexanika mühəndisliyi, Avtomobil nəqliyyatı və ya texniki sahələr üzrə üstünlükdür);
  • İş təcrübəsi: Avtomobil/nəqliyyat sahəsində, xüsusilə servis və ya qaraj idarəçiliyində zəmanət mütəxəssisi və ya qəbulçu-usta kimi ən azı 1-2 il iş təcrübəsi; 
  • Texniki biliklər: Avtobusların (və ya ağır tonnajlı yük avtomobillərinin) quruluşu, ehtiyat hissələri və texniki xüsusiyyətləri barədə biliklər; 
  • Kompüter bilikləri: MS Office (xüsusilə Excel) proqramlarından sərbəst istifadə, (1C, LOGO və  xüsusi servis proqramları ilə işləmək bacarığı); 
  • Dil bilikləri: Azərbaycan dili (mütləq), texniki sənədlərlə və xarici tərəfdaşlarla işləmək üçün İngilis dili bilikləri mütləqdir; 
  • Məsuliyyətlilik, analitik düşüncə, detallara diqqət yetirmək və danışıqlar aparmaq bacarığı. 

Təklif edirik:

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmi qeydiyyat;
  • Peşəkar komanda daxilində karyera yüksəlişi imkanı;
  • İnkişaf edən və ambisiyalı komanda.

Maraqlanan namizədlər mövzu hissəsində "Zəmanət üzrə mütəxəssis" qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
XF Xaliq Faiqoğlu
Xaliq Faiqoğlu

Similar jobs

See all
Apply