Baku Bus-da İşlər
About this role
1.Fəhlə
Əsas vəzifə öhdəlikləri
Müəssisənin fəaliyyət istiqamətlərinə uyğun olaraq materialların, ehtiyat hissələrinin, avadanlıqların və digər yüklərin təyin olunmuş məntəqələr arasında təhlükəsiz şəkildə daşınmasını təmin etmək;
Yükləmə və boşaltma proseslərində iştirak etmək, materialların düzgün yerləşdirilməsinə nəzarət etmək;
Anbar, istehsalat, qaraj və digər aidiyyəti sahələrin səliqəli, təmiz və istifadəyə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
İş prosesinin fasiləsizliyini təmin etmək məqsədilə rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili intizam qaydalarına ciddi riayət etmək.
Namizədə dair tələblər
Fiziki işlərin yerinə yetirilməsi bacarığı;
Məsuliyyətlilik, intizamlılıq və tapşırıqların icrasında dəqiqlik;
Komanda şəklində işləmək və əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı;
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə riayət etmək vərdişi;
Tikinti, təmir, yükləmə-boşaltma və ya oxşar sahələrdə iş təcrübəsinin olması üstünlük hesab edilir.
Şəxsi keyfiyyətlər
Operativlik və çeviklik;
İşə məsuliyyətli yanaşma;
Fiziki dözümlülük;
Nəticəyönümlülük və əməksevərlik.
İş şəraiti
İş qrafiki: Həftənin 5 iş günü;
İş saatları: 09:00 – 18:00;
Əmək haqqı: Müsahibə nəticələrinə əsasən müəyyən edilir;
İş yeri: Baku Bus MMC.
2.Mexanik
Vəzifə öhdəlikləri
Səhər çıxışı zamanı avtobusların xəttə texniki cəhətdən saz, təmiz və yanacaqla təmin olunmuş vəziyyətdə sürücüyə təhvil verilməsinə nəzarət etmək;
Xəttdən qayıdan avtobusları sürücülərdən qəbul edərkən ilkin texniki baxış keçirmək, gündəlik yürüş məsafəsini və aşkar edilmiş nasazlıqları qeydiyyata almaq;
Avtobuslarda aşkar olunan texniki nasazlıqların səbəblərini təhlil etmək və zəruri hallarda nəqliyyat vasitələrini aidiyyəti təmir mərkəzinə yönləndirmək;
Avtobusların istismara yararlılığını, texniki təhlükəsizlik tələblərinə uyğunluğunu və gündəlik hazırlıq vəziyyətini qiymətləndirmək;
Görülən işlər, aşkarlanan uyğunsuzluqlar və görülmüş tədbirlər barədə gündəlik hesabat hazırlayaraq birbaşa rəhbərə təqdim etmək;
Texniki sənədləşmənin düzgün və vaxtında aparılmasını təmin etmək;
Tabe olduğu rəhbər şəxslər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Namizədə tələblər
Mexanika, avtomobil nəqliyyatı və ya müvafiq texniki istiqamət üzrə ali və ya orta ixtisas təhsili;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Avtobusların texniki quruluşu, istismar qaydaları və texniki baxış prosedurları üzrə biliklər;
Növbəli iş qrafikində, o cümlədən gecə növbəsində işləməyə hazır olmaq;
Gərgin iş rejimində operativ və məsuliyyətli qərarvermə bacarığı;
Dəqiqlik, dürüstlük, məsuliyyətlilik və intizamlı iş yanaşması;
Əməkdaşlarla nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;
Daxili qayda, prosedur və təlimatlara riayət etmək;
Təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı.
İş şəraiti və üstünlüklər
İş yeri: Bakı şəhəri;
İş rejimi: növbəli iş qrafiki;
Peşəkar və dəstəkverici komanda mühitində çalışma imkanı;
Karyera inkişafı və peşəkar yüksəliş perspektivi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirilmə;
Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsi nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək.
3.Supervayzer
Vəzifə öhdəlikləri
Avtobusların daxili hissələrinin – döşəmə, tavan, oturacaqlar, sürücü kabinəsi və digər sahələrin təmizlik standartlarına uyğun şəkildə təmizlənməsinə gündəlik nəzarət etmək;
Təmizlik prosesinin təsdiq edilmiş kimyəvi vasitələr, alət və avadanlıqlardan düzgün istifadə olunmaqla, nəqliyyat vasitələrinə zərər verilmədən həyata keçirilməsini təmin etmək;
Təmizlik vasitələrinin, alət və avadanlıqların daşınması, istifadəsi və saxlanılması prosesinin müvafiq təlimatlara uyğun aparılmasına nəzarət etmək;
Podratçı şirkətlər tərəfindən avtobuslarda icra olunan təmizlik işlərinin keyfiyyətini yoxlamaq və aşkar edilən çatışmazlıqlar barədə aidiyyəti üzrə məlumat vermək;
Komanda üzvləri arasında iş bölgüsünü təşkil etmək, işin icra müddətinə və nəticəsinə nəzarət etmək;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
Əmək, daxili nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
Tələb olunan biliklər və bacarıqlar
Komandaya nəzarət etmək və iş bölgüsünü effektiv aparmaq bacarığı;
Təmizlik işlərinin təşkili, koordinasiyası və keyfiyyətinə nəzarət üzrə anlayış;
Yüksək məsuliyyət, intizamlılıq və nəticəyönümlü yanaşma;
Operativ qərarvermə və yaranan problemləri vaxtında həll etmə bacarığı;
Ünsiyyət qurmaq və kollektivlə işləmək bacarığı;
İş prosesində dəqiqlik, diqqətlilik və keyfiyyətə nəzarət bacarığı;
Gecə növbəsində işləmək imkanı;
Stressə davamlılıq və operativlik;
Müvafiq sahə üzrə iş təcrübəsi üstünlük hesab olunur.
İş şəraiti
İş qrafiki: növbəli qrafik
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
4.Baxım Nəzarətçisi
Vəzifə öhdəlikləri:
Avtobusların gündəlik, həftəlik və planlı texniki baxış proseslərinə nəzarət etmək
Texniki xidmət qrafiklərinin hazırlanmasını və icrasını izləmək
Nasaz nəqliyyat vasitələrinin diaqnostikasını və təmir prosesini koordinasiya etmək
Təmir sonrası avtobusların texniki sazlığını yoxlamaq
Texniki cəhətdən yararsız nəqliyyat vasitələrinin xəttə çıxışının qarşısını almaq
Texniki baxım jurnalları və təmir aktlarının aparılmasını təmin etmək
Nasazlıqlarla bağlı statistik hesabatlar hazırlamaq
Ehtiyat hissələrinin istifadəsinə və texniki xidmət tarixçəsinə nəzarət etmək
Mexanik, çilingər, elektrik ustası və digər texniki heyətin işini koordinasiya etmək
Təkrarlanan nasazlıqları analiz edərək profilaktik tədbirlər təklif etmək
Texniki maye və ehtiyat hissələrinin mövcudluğunu izləmək
Avtobusların istismar müddətinin artırılması ilə bağlı texniki təkliflər vermək
Tələblər:
Ali və ya orta ixtisas texniki təhsil
Avtonəqliyyat sahəsində minimum 1–3 il iş təcrübəsi
Texniki baxım və təmir üzrə praktiki biliklər
MS Office və texniki idarəetmə proqramlarında işləmək bacarığı
İş şəraiti:
İş qrafiki: Həftənin 5 günü
İş saatı: 09:00 – 18:00
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı email-in mövzu hissəsində “Fəhlə” ,“Mexanik” , “Supervayzer” , “Baxım nəzarətçisi” vəzifəsinin adının qeyd olunması xahiş olunur.
Qeyd: Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq…