Baku BusBaku Bus

Baku Bus-da İşlər

1 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
16 iyul 2026

Vəzifə haqqında

1.Fəhlə

Əsas vəzifə öhdəlikləri

  • Müəssisənin fəaliyyət istiqamətlərinə uyğun olaraq materialların, ehtiyat hissələrinin, avadanlıqların və digər yüklərin təyin olunmuş məntəqələr arasında təhlükəsiz şəkildə daşınmasını təmin etmək;

  • Yükləmə və boşaltma proseslərində iştirak etmək, materialların düzgün yerləşdirilməsinə nəzarət etmək;

  • Anbar, istehsalat, qaraj və digər aidiyyəti sahələrin səliqəli, təmiz və istifadəyə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;

  • İş prosesinin fasiləsizliyini təmin etmək məqsədilə rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili intizam qaydalarına ciddi riayət etmək.

Namizədə dair tələblər

  • Fiziki işlərin yerinə yetirilməsi bacarığı;

  • Məsuliyyətlilik, intizamlılıq və tapşırıqların icrasında dəqiqlik;

  • Komanda şəklində işləmək və əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı;

  • Təhlükəsizlik qaydalarına yüksək səviyyədə riayət etmək vərdişi;

  • Tikinti, təmir, yükləmə-boşaltma və ya oxşar sahələrdə iş təcrübəsinin olması üstünlük hesab edilir.

Şəxsi keyfiyyətlər

  • Operativlik və çeviklik;

  • İşə məsuliyyətli yanaşma;

  • Fiziki dözümlülük;

  • Nəticəyönümlülük və əməksevərlik.

İş şəraiti

  • İş qrafiki: Həftənin 5 iş günü;

  • İş saatları: 09:00 – 18:00;

  • Əmək haqqı: Müsahibə nəticələrinə əsasən müəyyən edilir;

İş yeri: Baku Bus MMC.

2.Mexanik

Vəzifə öhdəlikləri

  • Səhər çıxışı zamanı avtobusların xəttə texniki cəhətdən saz, təmiz və yanacaqla təmin olunmuş vəziyyətdə sürücüyə təhvil verilməsinə nəzarət etmək;

  • Xəttdən qayıdan avtobusları sürücülərdən qəbul edərkən ilkin texniki baxış keçirmək, gündəlik yürüş məsafəsini və aşkar edilmiş nasazlıqları qeydiyyata almaq;

  • Avtobuslarda aşkar olunan texniki nasazlıqların səbəblərini təhlil etmək və zəruri hallarda nəqliyyat vasitələrini aidiyyəti təmir mərkəzinə yönləndirmək;

  • Avtobusların istismara yararlılığını, texniki təhlükəsizlik tələblərinə uyğunluğunu və gündəlik hazırlıq vəziyyətini qiymətləndirmək;

  • Görülən işlər, aşkarlanan uyğunsuzluqlar və görülmüş tədbirlər barədə gündəlik hesabat hazırlayaraq birbaşa rəhbərə təqdim etmək;

  • Texniki sənədləşmənin düzgün və vaxtında aparılmasını təmin etmək;

  • Tabe olduğu rəhbər şəxslər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Namizədə tələblər

  • Mexanika, avtomobil nəqliyyatı və ya müvafiq texniki istiqamət üzrə ali və ya orta ixtisas təhsili;

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

  • Avtobusların texniki quruluşu, istismar qaydaları və texniki baxış prosedurları üzrə biliklər;

  • Növbəli iş qrafikində, o cümlədən gecə növbəsində işləməyə hazır olmaq;

  • Gərgin iş rejimində operativ və məsuliyyətli qərarvermə bacarığı;

  • Dəqiqlik, dürüstlük, məsuliyyətlilik və intizamlı iş yanaşması;

  • Əməkdaşlarla nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;

  • Daxili qayda, prosedur və təlimatlara riayət etmək;

  • Təşəbbüskarlıq və komanda ilə işləmə bacarığı.

İş şəraiti və üstünlüklər

  • İş yeri: Bakı şəhəri;

  • İş rejimi: növbəli iş qrafiki;

  • Peşəkar və dəstəkverici komanda mühitində çalışma imkanı;

  • Karyera inkişafı və peşəkar yüksəliş perspektivi;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirilmə;

Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsi nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək.

3.Supervayzer

Vəzifə öhdəlikləri

  • Avtobusların daxili hissələrinin – döşəmə, tavan, oturacaqlar, sürücü kabinəsi və digər sahələrin təmizlik standartlarına uyğun şəkildə təmizlənməsinə gündəlik nəzarət etmək;

  • Təmizlik prosesinin təsdiq edilmiş kimyəvi vasitələr, alət və avadanlıqlardan düzgün istifadə olunmaqla, nəqliyyat vasitələrinə zərər verilmədən həyata keçirilməsini təmin etmək;

  • Təmizlik vasitələrinin, alət və avadanlıqların daşınması, istifadəsi və saxlanılması prosesinin müvafiq təlimatlara uyğun aparılmasına nəzarət etmək;

  • Podratçı şirkətlər tərəfindən avtobuslarda icra olunan təmizlik işlərinin keyfiyyətini yoxlamaq və aşkar edilən çatışmazlıqlar barədə aidiyyəti üzrə məlumat vermək;

  • Komanda üzvləri arasında iş bölgüsünü təşkil etmək, işin icra müddətinə və nəticəsinə nəzarət etmək;

  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında, dəqiq və keyfiyyətlə yerinə yetirmək;

  • Əmək, daxili nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.

Tələb olunan biliklər və bacarıqlar

  • Komandaya nəzarət etmək və iş bölgüsünü effektiv aparmaq bacarığı;

  • Təmizlik işlərinin təşkili, koordinasiyası və keyfiyyətinə nəzarət üzrə anlayış;

  • Yüksək məsuliyyət, intizamlılıq və nəticəyönümlü yanaşma;

  • Operativ qərarvermə və yaranan problemləri vaxtında həll etmə bacarığı;

  • Ünsiyyət qurmaq və kollektivlə işləmək bacarığı;

  • İş prosesində dəqiqlik, diqqətlilik və keyfiyyətə nəzarət bacarığı;

  • Gecə növbəsində işləmək imkanı;

  • Stressə davamlılıq və operativlik;

  • Müvafiq sahə üzrə iş təcrübəsi üstünlük hesab olunur.

İş şəraiti

  • İş qrafiki: növbəli qrafik 

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;

Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.

4.Baxım Nəzarətçisi

Vəzifə öhdəlikləri:

  • Avtobusların gündəlik, həftəlik və planlı texniki baxış proseslərinə nəzarət etmək

  • Texniki xidmət qrafiklərinin hazırlanmasını və icrasını izləmək

  • Nasaz nəqliyyat vasitələrinin diaqnostikasını və təmir prosesini koordinasiya etmək

  • Təmir sonrası avtobusların texniki sazlığını yoxlamaq

  • Texniki cəhətdən yararsız nəqliyyat vasitələrinin xəttə çıxışının qarşısını almaq

  • Texniki baxım jurnalları və təmir aktlarının aparılmasını təmin etmək

  • Nasazlıqlarla bağlı statistik hesabatlar hazırlamaq

  • Ehtiyat hissələrinin istifadəsinə və texniki xidmət tarixçəsinə nəzarət etmək

  • Mexanik, çilingər, elektrik ustası və digər texniki heyətin işini koordinasiya etmək

  • Təkrarlanan nasazlıqları analiz edərək profilaktik tədbirlər təklif etmək

  • Texniki maye və ehtiyat hissələrinin mövcudluğunu izləmək

  • Avtobusların istismar müddətinin artırılması ilə bağlı texniki təkliflər vermək

Tələblər:

  • Ali və ya orta ixtisas texniki təhsil

  • Avtonəqliyyat sahəsində minimum 1–3 il iş təcrübəsi

  • Texniki baxım və təmir üzrə praktiki biliklər

  • MS Office və texniki idarəetmə proqramlarında işləmək bacarığı

İş şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü

  • İş saatı: 09:00 – 18:00

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı

Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir

Tələblərə uyğun namizədlər CV-lərini
[email protected] elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı email-in mövzu hissəsində “Fəhlə” ,“Mexanik” , “Supervayzer” , “Baxım nəzarətçisi” vəzifəsinin adının qeyd olunması xahiş olunur.

Qeyd: Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Baku Bus
Baku Bus
Nəqliyyat və anbar təsərrüfatı

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq…

Oxşar vakansiyalar

Hamısına bax