AI üzrə mütəxəssis
Опубликовано 1 дн. назад Источник ↗
Категория ИТ
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Dövlət qurumları tərəfindən təqdim olunan AI əsaslı layihə və təşəbbüslərin texniki və arxitektur qiymətləndirilməsi;
- AI həllərinin vahid rəqəmsal hökumət arxitekturasına uyğunluğunun təmin edilməsi;
- AI layihələri üzrə texnologiya seçimi, tətbiq ssenariləri və arxitektur yanaşmaların formalaşdırılması;
- Məlumat, model, inteqrasiya, təhlükəsizlik və etik istifadə tələbləri baxımından Aİ həllərinin təhlili;
- Dövlət qurumlarının AI əsaslı həllərinin məqsədəuyğunluq baxımından qiymətləndirilməsi;
- AI layihələri üzrə risklərin, məhdudiyyətlərin və tətbiq imkanlarının müəyyənləşdirilməsi;
- AI həlləri üzrə metodoloji yanaşmaların, tövsiyələrin və baza prinsiplərinin hazırlanması;
- Mövcud platformalar və yeni AI təşəbbüsləri arasında uyğunluğun təmin edilməsi;
- Dövlət qurumlarına AI həllərinin seçimi və tətbiqi üzrə metodoloji və əməli dəstəyin göstərilməsi;
- AI sahəsində müvafiq araşdırmaların aparılması və nəticələrinin sənədləşdirilməsi.
Tələblər
- Süni intellekt, kompüter elmləri, informasiya texnologiyaları, data science və ya əlaqəli sahədə ali təhsil;
- AI/ML həlləri, data platformaları və ya analitik sistemlər sahəsində minimum 4 il iş təcrübəsi;
- Machine Learning, Generative AI, NLP, LLM, RAG və əlaqəli yanaşmalar üzrə bilik və təcrübə;
- Python və müvafiq AI/ML kitabxanaları ilə işləmə təcrübəsi;
- Məlumatların hazırlanması, keyfiyyəti, modelin qiymətləndirilməsi və tətbiqi üzrə biliklər;
- AI həllərinin inteqrasiyası, API-lər və mikroservis yanaşması üzrə anlayış;
- Bulud və ya on-premises Aİ yerləşdirmə modelləri üzrə təcrübə üstünlükdür;
- AI təhlükəsizliyi, məlumat məxfiliyi və etik istifadə prinsipləri üzrə biliklər;
- Texniki sənədləşdirmə, təhlil və tövsiyə sənədlərinin hazırlanması bacarığı;
- Mürəkkəb AI həllərinin biznes və dövlət kontekstində izah edilməsi bacarığı;
- Analitik düşüncə, araşdırma və problem həll etmə bacarıqları;
- Komanda ilə işləmə və effektiv kommunikasiya qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
- Dövlət sektoru, böyük həcmli məlumatlar və ya tənzimlənən sahələr üzrə təcrübə üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
İVR 
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin…