Business Service Centre LTD Anbardar-Gəncə
О должности
Gəncə şəhərində servis mərkəzinə anbardar vəzifəsinə namizəd axtarışındayıq.
Vəzifə öhdəlikləri:
Anbarın gündəlik idarə edilməsi: materialların, alətlərin və ehtiyat hissələrinin düzgün saxlanılması və izlənməsi.
Malların qəbul edilməsi, yerləşdirilməsi və ehtiyatların yoxlanılması.
Malların uçotu və anbarın inventarizasiyası: materialların sayı və keyfiyyəti haqqında məlumatın daim yenilənməsi.
Əməliyyatlar üçün lazım olan materialların təmin edilməsi: tələb olunan ehtiyatların sifarişi və çatdırılmasına nəzarət etmək.
Anbarın səliqəli və təmiz saxlanması: materialların düzgün şəkildə yerləşdirilməsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.
Malların daşınması və qəbulu zamanı düzgün prosedurların izlənməsi.
Nasazlıq və itki olduqda dərhal rəhbərliyə məlumat verilməsi.
Tələb olunan bacarıqlar və təcrübə:
Anbar idarəetməsi sahəsində təcrübə.
Dil bilikləri: ingilis dili, rus dili
İnventarizasiya və ehtiyatların idarə edilməsi barədə biliklər.
1Cvə ofis proqramları ilə işləmə bacarığı.
Yüksək təşkilatçılıq və komanda idarəetmə bacarıqları.
İş şəraiti:
Əmək qanunvericiliyinə uyğun münasibətlərin rəsmiləşdirilməsi.
Əmək haqqı müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək.
Vakansiya ilə bağlı müraciət üçün əlavə CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

“BSC Group” məhz bu dəyərlərə verdiyi önəmi sayəsində 1997-ci ildən hüquq, maliyyə, mühasibatlıq və insan resurları xidmətləri ilə Azərbaycanda ən tanınmış brend şirkətlərin etibarını qazanmışdır.…