Universal PRO Aparıcı mühasib
О должности
İş barədə məlumat:
IFRS standartlarına uyğun qrup üzrə maliyyə hesabatlarının və fərdi maliyyə hesabatlarının, eləcə də onlara aid izahlı qeydlərin və açıqlamaların vaxtında və dəqiq hazırlanması.;
Debitor və kreditor borclarının, avans hesabatlarının idarə edilməsi və üzləşdirmə (reconciliation) aktlarının hazırlanması;
Maliyyə hesabatlılığı prosesinin təkmilləşdirilməsi, proseslərin avtomatlaşdırılması, sadələşdirilməsi və standartlaşdırılması, həmçinin maliyyə təhlillərinin keyfiyyətinin artırılması istiqamətində dəstək göstərilməsi;
IFRS tələblərinin ERP sisteminə inteqrasiyası və avtomatlaşdırılması prosesində iştirak;
Ödəniş tapşırıqlarının və bank sənədlərinin hazırlanması;
Maliyyə məlumatlarının ERP sisteminə daxil edilməsi və mütəmadi yenilənməsi.
Namizədə tələblər:
Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə bakalavr təhsili;
Maliyyə hesabatlılığı, maliyyə təhlili və ya oxşar sahədə 1–3 il iş təcrübəsi;
Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
MS Office proqramlarını, xüsusilə MS Excel və 1C ERP proqramını yaxşı səviyyədə bilmək;
ACCA və ya digər beynəlxalq maliyyə sertifikatlarına malik olmaq üstünlük hesab olunur;
İş şərtləri:
Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir;
Korporativ nömrə və mobil telefon təmin olunur;
Əmək haqqı razılaşma əsasında
Göstərilən tələblərə uyğun namizədlər CV formalarını “Aparıcı mühasib” mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
