UP Universal PROUniversal PRO

Aparıcı mühasib

3 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
8 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş barədə məlumat:

  • IFRS standartlarına uyğun qrup üzrə maliyyə hesabatlarının və fərdi maliyyə hesabatlarının, eləcə də onlara aid izahlı qeydlərin və açıqlamaların vaxtında və dəqiq hazırlanması.;

  • Debitor və kreditor borclarının, avans hesabatlarının idarə edilməsi və üzləşdirmə (reconciliation) aktlarının hazırlanması;

  • Maliyyə hesabatlılığı prosesinin təkmilləşdirilməsi, proseslərin avtomatlaşdırılması, sadələşdirilməsi və standartlaşdırılması, həmçinin maliyyə təhlillərinin keyfiyyətinin artırılması istiqamətində dəstək göstərilməsi;

  • IFRS tələblərinin ERP sisteminə inteqrasiyası və avtomatlaşdırılması prosesində iştirak;

  • Ödəniş tapşırıqlarının və bank sənədlərinin hazırlanması;

  • Maliyyə məlumatlarının ERP sisteminə daxil edilməsi və mütəmadi yenilənməsi.

Namizədə tələblər:

  • Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə bakalavr təhsili;

  • Maliyyə hesabatlılığı, maliyyə təhlili və ya oxşar sahədə 1–3 il iş təcrübəsi;  

  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;

  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;

  • Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;

  • MS Office proqramlarını, xüsusilə MS Excel1C ERP proqramını yaxşı səviyyədə bilmək;

  •  ACCA və ya digər beynəlxalq maliyyə sertifikatlarına malik olmaq üstünlük hesab olunur;

İş şərtləri:

  • Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir;

  • Korporativ nömrə və mobil telefon təmin olunur;

  • Əmək haqqı razılaşma əsasında

Göstərilən tələblərə uyğun namizədlər CV formalarını “Aparıcı mühasib” mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

UP Universal PRO
Universal PRO

Oxşar vakansiyalar

Hamısına bax