Avtomobil Elektriki
О должности
İnci Group of Companies QSC-dən vakansiya: Avtomobil Elektriki tələb olunur
Vəzifə öhdəlikləri:
– Yük avtomobillərin elektrik və elektron sistemlərinin diaqnostikasını aparmaq;
– Elektrik nasazlıqlarını xüsusi diaqnostik avadanlıqlar vasitəsilə müəyyən etmək və aradan qaldırmaq;
– Akkumulyator, starter, generator və şarj sistemlərinin yoxlanılması, təmiri və texniki xidmətini həyata keçirmək;
– İşıqlandırma sistemləri (faralar, stoplar, salon işıqları və s.) üzrə nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
– Elektrik naqilləri, sığortalar, relelər və elektron idarəetmə bloklarının (ECU) diaqnostikasını və təmirini həyata keçirmək;
– Kondisioner, qızdırıcı, şüşəsilən, mərkəzi qapanma və digər elektrik avadanlıqlarının saz vəziyyətdə işləməsini təmin etmək;
– GPS, geri görüntü kamerası, siqnalizasiya və digər əlavə elektrik avadanlıqlarının quraşdırılmasını həyata keçirmək;
– Görülən təmir işləri barədə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
– Texniki təhlükəsizlik qaydalarına və istehsalçı standartlarına uyğun fəaliyyət göstərmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta;
– İş təcrübəsi: Avtomobil elektrikası sahəsində minimum 2 il iş təcrübəsi;
– Yük avtomobillərinin elektrik sistemləri üzrə iş təcrübəsi üstünlük hesab olunur;
– Elektrik sxemlərini və texniki sənədləri oxuma bacarığı;
– Avtomobil diaqnostika cihazlarından istifadə bacarığı;
– Akkumulyator, starter, generator, ECU və digər elektron idarəetmə sistemləri üzrə biliklər;
– Multimetr və digər elektrik ölçü cihazları ilə işləmə bacarığı;
-Məsuliyyətli, diqqətli və operativ işləmək bacarığı;
– Komanda ilə səmərəli işləmək və problem həll etmə bacarığı.
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 08.30-dan 17.30-kimi
– İş yeri: Bakı şəhəri, Ulduz metro stansiyası yaxınlığı
– Nahar şirkət tərəfindən təmin edilir;
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 750-1000 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Avtomobil Elektriki” yazaraq [email protected] epoçt ünvanına ya da (077)441-55-22 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Fəaliyyətə 1995-ci ildə satış şirkəti kimi başlamışıq. Hal hazırda Satış və Distribütor Şirkəti olaraq dünyanın fərqli nöqstəsindəki tərəfdaşlarımızla istifiadəçilərimizin arzuları üçün çalışırıq.…