QM Qardaşlar MebelQardaşlar Mebel

Baş anbardar

Опубликовано 4 ч. назад Источник
Логистика
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
14 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə öhdəlikləri:

  • Anbar komandasının idarə olunması və istiqamətləndirilməsi

  •  Anbar fəaliyyətinin ümumi təşkili, idarə olunması və gündəlik əməliyyatlara rəhbərlik edilməsi

  •  Anbarda malların qəbulu, yerləşdirilməsi, saxlanılması və buraxılış proseslərinə nəzarət edilməsi

  •  Anbara daxil olan sifarişlərin mövcudluğunun yoxlanılması, daxil olan mal və yüklərin qeydiyyata alınması və sistem üzərindən müvafiq əməliyyatların icra edilməsi

  •  Mal-materialların qəbulu və qeydiyyatı zamanı yaranan uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin vaxtında məlumatlandırılması

  •  Anbar işçilərinin işinin koordinasiyası, tapşırıqların verilməsi və icrasına nəzarət edilməsi

  •  Mal-materialların inventarizasiya təlimatına uyğun hazırlanması, təşkili və inventarizasiya prosesinə rəhbərlik edilməsi

  •  Anbarda malların düzgün, sistemli, ardıcıl və səliqəli şəkildə yerləşdirilməsinin təmin edilməsi

  •  Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında aparılmasına nəzarət edilməsi

  •  Anbar üzrə uçot, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

  •  Köhnəlmiş, zərər görmüş və yararsız mal-materialların müəyyən edilməsi və bu barədə birbaşa rəhbərliyə rəsmi məlumat verilməsi

  •  Əmək təhlükəsizliyi, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl olunmasına nəzarət edilməsi

  •  Anbar proseslərinin optimallaşdırılması və iş axınının səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il mebel sahəsinə olmaqla cəmi  5 il iş təcrübəsi (liderlik təcrübəsi üstünlükdür)

  • Microsoft Office (MS Word, MS Excel, MS Outlook) proqramlarını yaxşı səviyyədə bilməli

  • ERP proqramı üzrə biliklər

  • Analitik düşünmə və planlaşdırma bacarığı

  • Dəqiqlik, məsuliyyət və detallara diqqət

  • Komandaya rəhbərlik və effektiv ünsiyyət bacarığı

İş şəraiti

  • İş qrafiki: 6 günlük, Bazar günü istirahət günüdür.

  • İş yeri: Bakı, Binəqədi r., Biləcəri qəs., Binəqədi şos. 8F

  • Əmək haqqı: Razılaşmaya əsasən ( bacarıq və iş təcrübəsinə əsasən )

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

Смотреть все