TAİS İKF Baş aşpaz
Опубликовано 16 ч. назад Источник ↗
Категория Гостеприимство
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Satış obyektləri üzrə komandamıza peşəkar və nəticəyönümlü “Baş aşpaz” axtarırıq.
Vəzifə öhdəlikləri:
- Mətbəxin gündəlik fəaliyyətini təşkil etmək və bütün istehsal prosesinə rəhbərlik etmək
- Müəssisənin menyusuna uyğun olaraq yeməklərin hazırlanması prosesinə nəzarət etmək
- Hazırlanan yeməklərin keyfiyyətini, dadını, görünüşünü və təqdimat standartlarını təmin etmək
- İstehsal planına uyğun olaraq iş bölgüsünü aparmaq və mətbəx heyətinin fəaliyyətini koordinasiya etmək
- Xammalın qəbulunu, keyfiyyətini və düzgün saxlanmasını nəzarətdə saxlamaq
- Xammal və hazır məhsulların istifadəsinə, məhsul itkisinin və tullantıların minimuma endirilməsinə nəzarət etmək
- Məhsulların resepturalara və texnoloji kartlara uyğun hazırlanmasını təmin etmək
- Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının tam şəkildə icrasını təmin etmək
- Mətbəx avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək, nasazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq
- Xammal, yarımfabrikat və digər ehtiyatların səmərəli istifadəsini təmin etmək
- Mətbəx əməkdaşlarının işə davamiyyətinə, əmək intizamına və iş keyfiyyətinə nəzarət etmək
- Yeni əməkdaşların iş prosesinə uyğun təlimatlandırılmasını və peşəkar inkişafını təşkil etmək
- Mətbəxin təmizliyinə, inventarların sanitariya qaydalarına uyğun saxlanılmasına və istehsal sahəsinin səliqəsinə nəzarət etmək
- Gündəlik istehsal və məhsul sərfiyyatı üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Təchizat, Anbar və digər aidiyyəti şöbələrlə operativ əməkdaşlığı təmin etmək
- Menyunun hazırlanması, yenilənməsi və yeni yeməklərin hazırlanması ilə bağlı təkliflər vermək
- Müştəri məmnuniyyətinin artırılması məqsədilə yeməklərin keyfiyyətini daim təhlil etmək və təkmilləşdirmək
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək
- Müəssisə rəhbərliyinin verdiyi digər xidməti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Namizədə tələblər:
- Aşpazlıq, qida texnologiyası və ya müvafiq sahə üzrə ali və ya peşə təhsili
- Müvafiq vəzifədə 3–5 il iş təcrübəsi
- Menyu hazırlanması, reseptlərin tərtibi bacarığı
- Mətbəx heyətini idarəetmə, iş bölgüsü aparma və komandaya rəhbərlik etmə bacarığı
- Xammalın, məhsul sərfiyyatının və istehsal prosesinin effektiv idarə olunması bacarığı
- Operativ qərarvermə, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı
- Dəqiqlik, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlü iş prinsiplərinə malik olmaq
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)
- Əmək haqqı: Minimum 2000 Azn ( yekun olaraq namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən ediləcəkdir)
- İş yeri: TAİS - İKF MMC
Biz təklif edirik:
- Dinamik və inkişaf yönümlü iş mühiti
- Böyüyən şəbəkədə karyera imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
Tİ 

TAİS İKF
TAİS İKF MMC şirkəti 1994-cü ildən etibarən catering və dəstək xidmətləri (təmizlik, pest control, housekeeping, maintenance və s.) göstərir. Şirkət respublika miqyaslı bir sıra mühüm tədbirlərin…