Çağrı Mərkəzi üzrə mütəxəssis
О должности
Əmək haqqı: 500–650 AZN;
AR Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
Növbəli və ya 5 günlük iş qrafiki.
Öhdəliklər
Telefon və şirkətin sosial şəbəkələri üzərindən daxil olan zəng və müraciətləri vaxtında və qaydalara uyğun cavablandırır;
Şirkətin xidmətləri barədə müraciət edənlərə məlumat, məsləhət və istiqamət verir;
Daxil olan şikayət, təklif və tövsiyələri qəbul edir, sualları operativ cavablandırır və zərurət olduqda müraciət edənləri aidiyyəti struktur və ya şəxslərə yönləndirir;
Müraciətləri daxili sistemdə qeydiyyata alır, zənglərin elektron reyestrini aparır və idarə edir;
Qeydiyyata alınmış müraciətləri vaxtında icra edir, zərurət olduqda geridönüş zəngləri edir;
Müraciət edənlərlə qanunvericiliyə və biznes etikası standartlarına uyğun, nəzakətli, səbirli və peşəkar ünsiyyət qurur.
Tələblər
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;
Yüksək kommunikasiya və ünsiyyət qurma bacarığı;
Ofis avadanlıqları ilə işləmək bacarığı;
Öyrənməyə açıq və məsuliyyətli olmaq;
Yaş həddi: 18–35 yaş.