Can-Pa Coffee Shop Mağazasında Müdir Köməkçisi işi
О должности
Ağ Şəhər filialına Coffee Shop Mağazasına Müdir Köməkçisi tələb olunur
Vəzifə öhdəlikləri:
Mağaza müdirinin gündəlik fəaliyyətinin təşkilində və idarəetmə prosesində dəstək göstərmək;
Müdir olmadıqda mağazanın əməliyyat fəaliyyətini nəzarətdə saxlamaq;
İşçi heyətinin iş qrafikinə və əmək intizamına riayət etməsinə nəzarət etmək;
Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək və yaranan problemlərin operativ həllində iştirak etmək;
Satış prosesinə nəzarət etmək, gündəlik göstəriciləri izləmək və hesabatların hazırlanmasına dəstək olmaq;
Məhsul ehtiyatlarının izlənilməsi, sifarişlərin vaxtında verilməsi və qəbul prosesində iştirak etmək;
Mağazanın təmizlik, gigiyena və korporativ standartlara uyğun fəaliyyətini təmin etmək;
Kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət etmək və zərurət yarandıqda bu prosesdə iştirak etmək;
Yeni işçilərin adaptasiya prosesinə dəstək göstərmək və daxili prosedurlar barədə məlumatlandırmaq;
Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
Coffee shop, restoran, pərakəndə satış və ya xidmət sahəsində ən azı 1 il iş təcrübəsi;
İdarəetmə və təşkilatçılıq bacarıqlarına malik olmaq;
Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
Müştəriyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti;
Məsuliyyətli, operativ və qərarvermə qabiliyyətinə malik olmaq;
Satış və kassa əməliyyatları haqqında ilkin biliklərə sahib olmaqüstünlükdür;
İş qrafikinə uyğun çevik işləmək imkanı.
Təklif edirik:
Bonus və motivasiya imkanları
Karyera yüksəlişi və peşəkar inkişaf imkanı
Əmək qanunvericiliyinə uyğun məzuniyyət hüququ
Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul
Maraqlanan namizədlər CV-lərini göndərə və ya əlaqə saxlaya bilərlər.
Müraciət üçün:
"Müdir Köməkçisi " qeyd edib CV-nizi (051) 240 95 68 nömrənin vatsapına və ya [email protected] e-mail adresinə göndərə bilərsiniz.

“CAN-PA” MMC olaraq yolumuza 1993-cü ildə Can markasını daşıyan şirniyyat istehsalıyla başladıq. Onlarca dadı damaqda qalacaq lokum çeşidləri, bir-birindən ləzzətli marmalad, pişmaniye,draje, nogul,…