Can-PaCan-Pa

Coffee Shop Mağazasında Müdir Köməkçisi işi

1 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
19 iyul 2026

Vəzifə haqqında

Ağ Şəhər filialına Coffee Shop Mağazasına Müdir Köməkçisi tələb olunur

Vəzifə öhdəlikləri:

  • Mağaza müdirinin gündəlik fəaliyyətinin təşkilində və idarəetmə prosesində dəstək göstərmək;

  • Müdir olmadıqda mağazanın əməliyyat fəaliyyətini nəzarətdə saxlamaq;

  • İşçi heyətinin iş qrafikinə və əmək intizamına riayət etməsinə nəzarət etmək;

  • Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək və yaranan problemlərin operativ həllində iştirak etmək;

  • Satış prosesinə nəzarət etmək, gündəlik göstəriciləri izləmək və hesabatların hazırlanmasına dəstək olmaq;

  • Məhsul ehtiyatlarının izlənilməsi, sifarişlərin vaxtında verilməsi və qəbul prosesində iştirak etmək;

  • Mağazanın təmizlik, gigiyena və korporativ standartlara uyğun fəaliyyətini təmin etmək;

  • Kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət etmək və zərurət yarandıqda bu prosesdə iştirak etmək;

  • Yeni işçilərin adaptasiya prosesinə dəstək göstərmək və daxili prosedurlar barədə məlumatlandırmaq;

  • Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər:

  • Coffee shop, restoran, pərakəndə satış və ya xidmət sahəsində ən azı 1 il iş təcrübəsi;

  • İdarəetmə və təşkilatçılıq bacarıqlarına malik olmaq;

  • Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;

  • Müştəriyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti;

  • Məsuliyyətli, operativ və qərarvermə qabiliyyətinə malik olmaq;

  • Satış və kassa əməliyyatları haqqında ilkin biliklərə sahib olmaqüstünlükdür;

  • İş qrafikinə uyğun çevik işləmək imkanı.

Təklif edirik:

  • Bonus və motivasiya imkanları

  • Karyera yüksəlişi və peşəkar inkişaf imkanı

  • Əmək qanunvericiliyinə uyğun məzuniyyət hüququ

  • Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul

Maraqlanan namizədlər CV-lərini göndərə və ya əlaqə saxlaya bilərlər.

Müraciət üçün:

"Müdir Köməkçisi " qeyd edib CV-nizi (051) 240 95 68 nömrənin vatsapına və ya [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Can-Pa
Can-Pa
Emal sənayesi

“CAN-PA” MMC olaraq yolumuza 1993-cü ildə Can markasını daşıyan şirniyyat istehsalıyla başladıq. Onlarca dadı damaqda qalacaq lokum çeşidləri, bir-birindən ləzzətli marmalad, pişmaniye,draje, nogul,…

Oxşar vakansiyalar

Hamısına bax
Zəng et